"Günay da boşanmışdı, qızımın istəyi ilə onunla ailə quracaqdım"

"Günay da boşanmışdı, qızımın istəyi ilə onunla ailə quracaqdım"Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadı və qayınanasını öldürməkdə təqsirləndirilən Ramin İsmayılovun məhkəməsi keçirilib.

BiG.AZ-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə şahid dindirilib.

Xəyyam Əsədov deyib ki, mərhum G.İsgəndərova qızının müəlliməsi olub: "Həm də qardaşı Sənani ilə dostam. 2012-ci ildə yoldaşımdan rəsmən boşanmışam və övladım məndə qalıb. Günay da yoldaşından boşanmışdı. Qızımın istəyi ilə onunla ailə qurmaq üçün danışdıq və aramızda sevgi münasibətləri yarandı.

Hadisə günü Sənani (qardaşı) mənə zəng edib dedi ki, bacım evdə təkdi, ora ustalar gələcək. Xahiş elədi ki, ora gedib ustaları yola salım. Mən də həmin evə gedib 4 saat oturub gözlədim, ustalar gedəndə pulları verdim. Axşam saat 10-da Sənani zəng edib dedi ki, "sən get, mən özüm gəlirəm". Mən də çıxıb evə getdim, sonra Günaya zəng etdim, telefonuna zəng çatmadı. Sənaniyə zəng elədim, açmadı. Hüseyn kişigilin evinə zəng etdim, ordan dedilər ki, Mahirə xala ilə Günay bıçaqlanıb".

R.İsmayılov ona "Mart ayında arvadımla barışıb rayonda yaşadığım vaxt nəyə görə məni və ailəmi ölümlə hədələyirdin" deyə sual verib və əlavə edib ki, Xəyyam özünü "Beton" ləqəbi ilə tanıdaraq arvadını onun əlindən almaq istəyib.

X. Əsədov isə Ramini cəmi bir dəfə gördüyünü və onu hədələmədiyini deyib: "Ramin Hüseyn dayının evinə girib dağıtmışdı, onlar da polisə şikayət etmişdi. Mən də onda Günaygili maşınımla şöbəyə aparmışdım. Orada bunu görüb tanımışdım".

Şahidlərin dindirilməsi və sənədlərin tədqiqi mərhələsi məhdudlaşdırılıb. Məhkəmə istintaqı yekunlaşıb, proses dekabrın 20-də davam etdiriləcək.

İttihama görə, R.İsgəndərov xüsusi amansızlıqla həyat yoldaşı, 1987-ci il təvəllüdlü Günay İsgəndərova və onun anası, 1954-ci il təvəllüdlü Ətir Şirinovanı qətlə yetirib. Ə.Şirinova rəsmi sənəddə belə qeyd olunsa da, ailəsi və ətrafı onu "Mahirə" adı ilə tanıyıb. Qətlin baş verdiyi ilk günlərdə mediada bu qadının adı Mahirə kimi qeyd olunub.

Onları öldürən və hadisədən sonra qaçan kürəkən Ağdama, öz ata-anasının yanına gedib, polisə də Ağdamda təslim olub.

Günay İsgəndərova orta məktəbdə müəllimə işləyib. Gənc ailənin bu evlilikdən 8 yaşlı bir oğlu var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1365   Tarix: 07 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

28.03.2024 302
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

28.03.2024 322
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

28.03.2024 133