Türkləri Putinin maskası ilə soydular – İlginc olay/Foto

Türkləri Putinin maskası ilə soydular – İlginc olay/Foto

Ukraynada iki Türkiyə vətəndaşı Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Dmitri Medvedyevin simasına bənzər maska taxan silahlı şəxslər tərəfindən soyulub.

BiG.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Lubyanka kəndi yaxınlığında türklərin avtomobilini zorla saxladaraq onlardan 20 min dolların alan qarətçilər artıq yaxalanıb.

Kiyevdə beş ünvanda aparılan axtarışlar zamanı dörd nəfər saxlanılıb.

Saxlanılan şəxslərin evində əl bombası da daxil olmaqla Vladimir Putin və Baş nazir Dmitri Medvedyevin maskaları da tapılıb. Qarətçilərin 30 və 55 yaşlarında olduğu bildirilir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 467 Tarix: 07.12.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol