Gülnarəyə görə 14 milyard dollar!

Gülnarəyə görə 14 milyard dollar!İsveç telekommunikasiya nəhəngi "Telia Sonera" Özbəkistanda mərhum keçmiş prezident İslam Kərimovun qızı Gülnarə Kərimovaya verdiyi 250 milyon dollar rüşvətə görə indiyə qədər cəmi 14 milyard dollar ziyana düşüb.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Yohan Dennilend keçirdiyi mətbuat konfransında bildirib.

"Telia" bu günlərdə Özbəkistanın Ucell mobil rabitə operatorundakı payını 215 milyon dollara satıb. Səhmləri Özbəkistan dövləti alıb. Bununla da "Telia" Özbəkistan bazarını tərk edib.

Gülnarəyə görə 14 milyard dollar!"Biz şirkətimizin tarixində kifayət qədər kədərli və olduqca baha başa gələn səhifəni qapadırıq"-Dennilend bildirib.

"Telia"nın rəhbəri deyib ki, 215 milyon dollar Ucell-in səhm paketinin bazar dəyəridir. Lakin ümumən Özbəkistan bazarını tərk etmək şirkətə 1 milyard dollara başa gəlib. Çünki "Telia" 2017-ci ildə Özbəkistandakı korrupsiya qalmaqalına görə cərimə şəklində 965 milyon dollar ödəməli olub.

"Sövdələşmənin təkcə bu hissəsi 1 milyard dollar olub, amma əgər bütün layihəni hesablasaq Özbəkistana görə bizim itirdiklərimiz 14 milyard dollardır"-Dennilend deyib.

Gülnarəyə görə 14 milyard dollar!Xatırladaq ki, bundan əvvəl "Telia" Azərbaycanın "Azərcell" mobil rabitə operatorundakı payını da satıb. Şirkət Örta Asiya və Azərbaycanda üzləşdiyi korrupsiya qalmaqalına görə bütün keçmiş sovet respublikaları bazarını tərk etməyi qərara alıb. Hazırda "Telia"nın təkcə Moldova və Qazaxıstanda aktivləri var, amma onları da satmağı planlaşdırır.

Şirkətin Özbəkistan bazarına daxil olmaq üçün Gülnarə Kərimovaya yüz milyonlarla dollar rüşvət verdiyini İsveç jurnalistləri araşdırıb ortaya çıxarmışdılar. Bu, böyük qalmaqala, "Telia"nın yüksək vəzifəli şəxslərinin həbsinə və istefalara səbəb oldu.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 767   Tarix: 07 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278