Arvadı başqa oğlanla qaçan kişi: "Məni telefon işlətməyə qoymurdu" - FOTO

Arvadı başqa oğlanla qaçan kişi: "Məni telefon işlətməyə qoymurdu" - FOTO
"Səni axtarıram"da daha bir ailə dramı eşidənləri dəhşətə gətirib.

BiG.AZ milli.az-a istinadən xəbər verir ki, studiaya gələn kişi arvadının uşaqları da götürüb evdən qaçdığını bildirib.

Hadisənin təfərrüatını danışan ərin dedikləri hər kəsi məəttəl qoyub:

"Arvadım məndən xəlvət çıxıb gedib. 16-17 il idi bir yerə yaşayırdıq. Mən işdə olmuşam. Evə gəldim, anam dedi "Ay bala, bu gəlin bir az gec gəlir işdən. Mən də bir-iki dəfə yoldaşıma dedim ki, getmə, işləmə. Dedi "Mən mütləq getməliyəm. O işdən ayrıla bilmərəm". Şəmkirdə parnikdə işləyirdi. Mən onu nə vurmamışam, nə söyməmişəm.

Axşamüstü, şər qarışanda anam çəpərdən baxıb ki, 2 oğlan firma maşınından düşdü. Arvadıma deyiblər ki, "Tez ol gətir. Nə deyirsən gətir aparaq". Anam deyir "Mən də qorxumdan heç nə deyə bilmədim". Qoşulub onlara çıxıb gedib. Məni telefon işlətməyə qoymurdu. Deyirdi "Neynirsən telefonu". Amma özü işlədirdi".

Arvadı başqa oğlanla qaçan kişi: "Məni telefon işlətməyə qoymurdu" - FOTO
Arvadı başqa oğlanla qaçan kişi: "Məni telefon işlətməyə qoymurdu" - FOTO

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 775 Tarix: 07.12.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol