Ölüm xəbəri yayılan Coşqun danışdı: "Bilmirəm bu, nə bəladır..."

Ölüm xəbəri yayılan Coşqun danışdı: "Bilmirəm bu, nə bəladır..."
Əməkdar artist Coşqun Rəhimovun ölüm xəbəri yayılıb.

BiG.AZ axşam.az-a istinadən bildirir ki, uzun müddətdir xərçəngdən əziyyət çəkən aktyorun qəfil halı pisləşdiyi, xəstəxanaya yerləşdirildiyi və orada dünyasını dəyişdiyi qeyd edilib.

Rəhimov bunla bağlı şayiələrə sosial şəbəkədə cavab verib. O, səhhətinin yaxşı olduğunu, konsertə hazırlaşdığını bildirib:

"Gördüyünüz kimi, sağ və salamatam. Hər şey öz qaydasında, yolundadır. Növbəti konsertə hazırlaşıram. Yazılanlara uymayın. Bilmirəm bu, nə bəladır. Sağlamlığımda hər şey yaxşıdır. Dualarınızı əskik etməyin. Sağlam günlərdə görüşəyin.

Tiflisdə növbəti konsertimizdir. Amma bu, elə bil ənənəyə çevrilib. Bizim hər konsertdən qabaq Coşqunla bağlı kimsə şayiələr yayır".

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 462 Tarix: 07.12.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol