Deputat verilişdə həmkarını yumruqla yerə sərdi (VİDEO)

Deputat verilişdə həmkarını yumruqla yerə sərdi (VİDEO)
Ukrayna Ali Radasının Azadlıq Partiyasından olan millət vəkili Yuri Levçenko ilə Pyotr Poroşenko Blokunun üzvü Oleq Barna arasında canlı yayım zamanı dava olub.

Siyasətçilər arasında mübahisə Ukraynadakı hərbi vəziyyətlə bağlı yaşanıb.

Söhbət zamanı Levçenko Barnanı "oliqarxiyanın xidmətçisi” adlandırıb. Barna cavab olaraq Levçenkoya Ukraynanın cənub-şərqindəki antiterror əməliyyatlarında iştirak etməsini təklif edib.

Bu sözləri təhqir kimi qəbul edən Levçenko isə opponentinin Kiyevdə içkili halda tramvayla toqquşan zaman öz səviyyəsini göstərdiyini bildirib.

Bu zaman Barna onun sifətinə zərbə endirərək yerə yıxıb. (axar.az)


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 221 Tarix: 07.12.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol