Diqqət! Baş nazirdən YENİ QƏRAR

Diqqət! Baş nazirdən YENİ QƏRAR
Qəbiristanlıqların salınması və idarə olunması qaydaları təsdiqlənib.

BiG.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli qanununun tətbiqi haqqında Azərbaycan Prezidentinin 2018-ci il 18 yanvar tarixli Fərmanının 3-cü hissəsinə əsasən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiqlənib.

Yerli icra hakimiyyəti orqanlarına bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş qaydalardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə qəbiristanlıqların müvafiq bələdiyyələrə 3 (üç) ay müddətində təhvil verilməsini təmin etmək tapşırılıb.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 698 Tarix: 07.12.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol