Zemfira tələbəsi Aydana şərt qoydu: "Qalmaqal olmaz " - FOTOLAR

Zemfira tələbəsi Aydana şərt qoydu: "Qalmaqal olmaz " - FOTOLAR- Zemfira xanım, necəsiniz, yeni işləriniz necə gedir?

- Çox sağ olun, yaxşı olasınız. Artıq ilin sonudur, 2019-cu il gəlir. Çalışırıq ki, Yeni ildə tamaşaçılarımız yeni, xoş nəğmələr bəxş edək. Son günlər yanımda yeni fəaliyyətə başlayan Aydanı görə bilərsiniz. Aydan tələbəmdir. Əksər məclislərə, verilişlərə Aydanla qatılıram.

- Artıq bir çox müğənniləri çox zaman öz tələbələri ilə bir arada görürük. Aydanı digər gənc ifaçılardan hansı cəhəti fərqləndirir?

- Aydan gəncdir, istedadlıdır. Mən istedadlı gənclərə dəstək oluram. Aydanın gözəl səsi var. Fərdi hazırlaşırıq. Məktəbdə də oxuyur. Müəyyən sirlər var ki, Aydan dərinliklərinə kimi öyrənir. İstəyirəm Aydan savadlı, sənətinin peşəkarı olan musiqiçi olsun. Biz bunun üçün çalışırıq.

- Aydan, özünü necə ifaçı kimi görürsən, hansı ifaçıya bənzəmək istəyirsən?

- Sənətə yeni başlamışam, hədəflərim var. Heç kəsə bənzəmək istəmərəm. Şou-biznesdə müğənnilər çoxdur, mənim üçün isə müəllimim Zemfira xanımın fikirləri daha önəmli, vacibdi.

- Niyə Aygün Kazımova, Röya Ayxan yox, məhz Zemfira İbrahimova? Zemfira xanımın səni cəlb edən xüsusiyyəti nədir?

- O, mənə dəstək olur. Zemfira xanımı çox istəyirəm. Səsini, xanımlığını çox bəyənirəm. Zemfira xanımla ailəvi dostuq. 4 yaşımdan zümzümələr edirəm. Anam həmişə deyirdi ki, sən müğənni olmalısan. Elə oldu ki, ifa edtim, Zemfira xanım səsimi bəyəndi, məşqlərə başladıq, uğurlu bir yola çıxdıq. İnşallah, onun istədiyi kimi bir ifaçı olacağam.

Zemfira İbrahimova: - Mənim 5-6, yəni əllə sayılası qədər tələbəm var. Efir mədəniyyətim, xanımlığım, sənətim məni izləyənlərin diqqətini çəkir. Aydan bu gün mənim yanımdadırsa Zemfira kimi olmalıdır. Onun müəllimi kimi sənətçi olması elə mənim özüm üçün böyük uğurdur. Aydanın uğuru varsa bunda yaxşı, ya pis mənim imzam var. Mən lazım gəldikdə estrada, lazım gəldikdə də muğam, xalq mahnıları, xarici mahnılar da ifa edirəm. Bunu hər müğənni bacarmır.

- Zemfira xanım, sənətə gələndə qarşınızda nə kimi çətinliklər oldu? Həmin çətinliklər Aydanı qorxutmur ki?

- Əslində çox qorxudur. Çünki biz dəfələrlə Aydan haqqında fotosessiyalar, mahnılar təqdim etmişik. Bəzən isə bu fotolar, ifalar izləyicilər tərəfindən tənqid edilib. Tamaşaçıları qınamıram. Tamaşaçı fikri həmişə önəmlidir. Amma biri var təhqir, biri də var tənqid. Sosial şəbəkələrdə Aydana yaraşmayan sözlər yazırlar. Bildirirlər ki, bu da bir azdan estetik etdirəcək, dodağını şişirdəcək. Nəyə lazımdır axı belə mənasız sözlər?

- Sizə elə gəlmirmi ki o tənqid yazanlara indiki müğənnilər rəvac verir?

- Bəli, çox düzgün dediniz. Müğənnilər elə şərait yaradıb ki, izləyicilər bu sözləri yeri gəldi, gəlmədi yazırlar. Aydan fotosessiyasını təqdim edəndə tənqidlər yağdırıldı. Bu, onun ailəsini çox narahat etdi. Mən Aydanın anasıyla danışdım, dedim ki, o tənqidlərə fikir versək gərək sənətdə olmayaq. Mənim qarşımda o qədər maneələr olub ki. Hətta dəfələrlə səsimə qulaq asmışam, fikir vermişəm ki ifamda səhv yoxdur, amma mənə irad bildirirlər ki səhv oxumusan. Düzdür, tamaşaçını rəyi mütləq önəmlidir, 9 milyonun hamısı Zemfiranı, Aydanı sevə bilməz. Amma hər kəs fikrini bildirəndə artıq-əskik sözlərə yol verməməlidir. Əgər xoşu gəlmirsə, məni izləməsin. Şəxsən, mən xoşlamadığım insanı izləmirəm. Aydana təhqirlərin yazılması bizi sıxır, işimizi ləngidir. Çünki Aydan uşaqdır, anası, atası həmişə ona dəstəkdir, arxasındadır. İnanın, Aydan bloka belə tək düşmür. Bunu tam səmimi deyirəm, Allaha and içirəm. Zaman gələcək, təhsilini davam etdirəcək, ailə quracaq, baxın onda tam sərbəst olacaq.

- Aydan, sənə təhqir yazanlara nə demək istəyərdin?

- Bir neçə dəfə fotosessiyamı təqdim edəndə bəyənənlər də oldu, təhqir yazanlar, tənqid edənlər də. Tənqidi qəbul edirəm. Sənətə başlamışamsa, ərsəyə gətirdiyim işimin, hər hansı bir layihəmin müzakirəyə qoyulması, tənqid edilməsi normal haldır. Amma təhqirlər yolverilməzdir. Düşünürəm ki, bu, onların öz tərbiyəsidir. Onlar ailədə necə tərbiyə görüblərsə, mənən tanımadıqları insan haqda qəbuledilməz sözlər yazmaq elə həmin şəxslərin mədəniyyətindən xəbər verir. Mən bundan artıq nə deyə bilərəm ki...

Elə bu zaman Aydanın müəlliməsi Zemfira xanım söhbətə müdaxilə edir:

- Aydanın fotosessiyası xəbər səhifələrində yayımlananda mənə zəng edib ağladı ki, niyə mənə belə sözlər yazırlar. Onu sakitləşdirdim, dedim ki, mən 1993-cü ildən səhnədəyəm, məni də tənqid edirlər. Yaxşı da oxusan, pis də oxusan nəsə bir problem çıxaracaqlar. Mənə sosial şəbəkələrdə mesaj yazırlar ki, "Zemfira xanım, səhərə kimi ağlayıram sizin səsinizdən", "Allah ailənizi saxlasın", "Sizin səsinizə gecə-gündüz qulaq asıram". Sonra isə bu sözləri yazan insanlar səhifədə rəy yazır ki, "Bu nə gündə oxuyur", "Belə insanları niyə gündəmə gətirirsiniz?". Belələrinə deyiləcək sözüm belə yoxdur. Hər şey ortadadır.

- Zemfira xanım, bu təhqir yazanlarla bağlı hər hansı bir tədbir görürsünüzmü?

- Heç bir tədbir görməmişəm. Sadəcə, çalışıram ki fikir verməyim. Aydana da məsləhət görürəm ki, yazılanları oxumasın. Ona pis təsir edir. Çünki atası, dayısı, əmisi baxır, insanlar da lazımsız sözlər yazırlar. Mən belə hallara öyrəşmişəm. Məsələn, yayda Xəzər Tv bizi çəkiliş üçün Dubaya göndərmişdi. Bizə yazırdılar ki, "Kefdəsiz", "İndi də Dubaya gedib çıxmısız". Amma biz ora kef çəkməyə deyil, çəkiliş etməyə getmişdik. İnsanlara sanki monitor arxasından bu sənətdə olmaq asan gəlir. Amma düşünmürlər ki, bu pilləyə gəlmək üçün nə əziyyətlər çəkmişik. Hər şeyi sıfırdan, öz zəhmətimizlə başlamışıq. Günün bu günündə də havayı pul qazanmırıq, işləyirik. Hansısa ölkəyə gedəndə də deyirlər kef çəkirsiniz. Neyləsək də insanları bu fikirlərdən daşındıra bilmirik.

- Aydan, Zemfira xanımın sənətinə kimsə söz deyə bilməz. Tələbəsənsə onun kimi addımlamağa çalışırsan. Qorxmursanmı bu dedi-qodular, təhqirlər səni bezdirər, sənəti atarsan?

- Xeyr, heç vaxt. Mən müəlliməmin, ailəmin əziyyətini o təhqir yazan insanların qarşısında əzmərəm. O boyda əziyyət çəkmişik, birgə işləmişik. Belə ucuz hərəkətlər məni sənətdən soyuda bilməz. Bu yola çıxmışamsa maneələri dəf etməyə çalışacağam. Bunlara qalib gəlmək üçün də müəllimimin, ailəmin dəstəyi mənim üçün önəmlidir. Mənim arxamda Zemfira xanım kimi müəllimim varsa, inanıram ki, sənətdə böyük uğurlar əldə edəcəyəm.

- Zemfira xanım, bir müəllim, ana kimi Aydana hər hansı bir qadağa qoymusunuzmu?

- Bəli, qoymuşam. O mənim tələbəmdir, mənim üçün ən önəmlisi sənətinə məsuliyyətli yanşmasıdır. Aydana tünd çay, soyuq su içməyi qadağan etmişəm. Geyiminə, saçının formasına kimi nəzarət edirəm. Aydan mənim qızım kimidir. O, mənim qızımdan iki yaş böyükdür. Düzdür, Aydan açıq-saçıq geyinən xanım deyil, amma uşaqdır, nəzarət etmək mütləq şərtdir. Belə mövzularda aramızda müəllim-tələbə söhbəti gedə bilməz. Ətəyi qısa olsa, onu vulqar göstərsə geyinməsinə icazə vermərəm.

- Elə bir müğənni varmı , hansı ki Aydan o müğənniyə qulaq asır, amma siz o müğənninin ifasını bəyənmirsiniz?

- Mən Aydanla işləyəndən ona bir söz demişəm: "Hamıya qulaq as". Rep, caz, estrada, muğam, xarici mahnıları dinləməsini tövsiyyə etmişəm. Sizə bir hadisəni danışım. Müəllimim, xalq artisti Alim Qasımovla dərsdə idik. Mənə dedi ki, Zemfira, sən hansı sənətçilərə qulaq asırsan? Səmimi deyim ki, elə bildim xoşuna gələcək, dedim ki, mən sizə qulaq asıram. O isə bildirdi ki, mənə qulaq asmaq lazım deyil.onsuz da sənə dərs deyirəm, məni dinləyirsən. Dedi get, Rəqsanəyə də qulaq as, Aygünə də. Kimi gördünsə qulaq as. Çünki ola bilər ki, o ifada səni hansısa ritm, hansısa qığılcım çəkə bilər. Həm də hər kəsə qulaq asmalısan ki yaxşının da, pisin də fərqini görəsən. Müəllimimin tapşırdığı o gündən bütün sənətçilərin ifasını dinləyirəm.

- Zemfira xanım, şou-biznesdəsiniz, özünüz də görürsünüz ki, hər hansı bir gənc müğənni qalmaqal, qəza, estetik əməliyyatlarla gündəmə gəlmək istəyir. Bir gün Aydan gəlib desə ki mən də belə xəbərlərlə gündəmə gəlmək istəyirəm. Ona münasibətiniz necə olar?

- Münasibətim normal olmaz. Çünki biz əsl sənətə görə bu yola çıxmışıq. Onun müəlliməsi sənəti ilə gündəmdədirsə, o da belə ucuz söz-söhbətə qoşula bilməz.

- Sizdə başa düşməyənləri elə başa salırlar?

- Mən əsəblərimi cilovlaya bilməyən insanam. Ola bilər ki xoşagəlməz anlar yaşandı, amma keçdi, bitdi.

- Həyat yoldaşınız Anar Heydərov da əsəblərini cilovlaya bilməyən birinə oxşayır. Adı tez-tez polis olaylarında hallanıb. Onla yola getmək çətin deyilmi?

- Niyə çətindir ki. Onun sahəsi idmandır. Hərənin öz işi var. O idmançıdır, mən müğənni. Problemləri insanlar özləri çətinləşdirir. Bizim ailəmizdə həll olunmayası problemlərimiz olmur.

- Zemfiranı nə əsəbiləşdirə bilər?

- Haqsızlıq. Mənə kimsə desə ki mahnıda nəyisə düzgün oxumamısan, əgər haqlıdırsa mən o şəxsə təşəkkür edərəm. Sizə bir hadisə də danışım. Bir dəfə Bakının kəndlərindən olan Nardaranda toyda idim, muğam ifa edirdim. Qəzəlin bir sözünü istəməyərəkdən səhv oxudum. Bu zaman ağsaqqal kişi gəlib qulağıma dedi ki, Qızım, sən Nardarana toya gəlmisən. Bu qəzəli hamı burda əzbər bilir, sən isə səhv oxuyursan. Mən normal qarşıladım, çünki haqlı idi. Haqsız insana necə əsəbiləşə bilərəm axı?!

- Səmimi müsahibə üçün təşəkkür edirəm.

- Mən də təşəkkür edirəm.

Ruida M.
Fotolar: Leyla Mustafayeva

Zemfira tələbəsi Aydana şərt qoydu: "Qalmaqal olmaz " - FOTOLARZemfira tələbəsi Aydana şərt qoydu: "Qalmaqal olmaz " - FOTOLARZemfira tələbəsi Aydana şərt qoydu: "Qalmaqal olmaz " - FOTOLARZemfira tələbəsi Aydana şərt qoydu: "Qalmaqal olmaz " - FOTOLARZemfira tələbəsi Aydana şərt qoydu: "Qalmaqal olmaz " - FOTOLARZemfira tələbəsi Aydana şərt qoydu: "Qalmaqal olmaz " - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2555   Tarix: 13 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1065
.

İbrahim Tatlısesin qızının 11 yaşı tamam olub- FOTO

Müğənni İbrahim Tatlısesin aktrisa Ayşegül Yıldızdan olan qızı Elif Ada Tatlısesin 11 yaşı tamam olub. xəbər verir ki, Ayşegül Yıldız qızının ad günündən şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, İbrahim Tatlıses Ayşegül Yıldızla 2011-ci ildə evlənib. Onlar 2013-cü ildə qarşlıqlı anlaşma il

16.04.2024 765
.

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il bundan əvvəl baş verib:. "Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu qaytarıb. Bu gün kim-kimə 100 manat verir

17.04.2024 818
.

Gülay bağının görüntüsünü paylaşdı

Müğənni Gülay Zeynallı bağının görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi həyətindən videonu sosial şəbəkə hesabında paylaşıb. "Yay gəlir. Deməli, xərc gəlir" deyə, Gülay paylaşımında yazıb

19.04.2024 649
.

"Kızıl goncalar"la bağlı yeni qərar

"Kızıl goncalar" serialının mövsüm finalı ilə bağlı dəyişiklik edilib. Axşam.az xəbər verir ki, layihə 20-ci yox, 19-cu bölümündə izləyiciləri ilə vidalaşacaq. Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır

16.04.2024 601
.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 5644
.

Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzun illər mərhu

18.04.2024 1409
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1653
.

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi ilk dəfə "Tarixin bir günü" verilişində danışıb:. "Xalq artisti Faiq Ağayevin "Gülüstan" sarayında toyu idi

19.04.2024 0