Abel Məhərrəmov kabinetini təmir etdirir - İŞƏ ÇIXMIR

Abel Məhərrəmov kabinetini təmir etdirir - İŞƏ ÇIXMIR
Ötən ay Prezidentin Sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən azad edildikdən sonra öz kabinetini "Üzvi kimya" kafedrasına köçürən akademik Abel Məhərrəmov hələ də işə çıxmır.

BiG.AZ xəbər verir ki, bu barədə demokrat.az-a Abel Məhərrəmovun yaxınlarından məlumat verilib.

Məlumata görə, Abel Məhərrəmovun 2002-ci ildən rəhbəri olduğu "Üzvi kimya" kafedrasındakı kabineti hazırda təmir olunur.

"Bu səbəbdən də Abel Məhərrəmov hələ ki, işə çıxmır. Ancaq işlər yekunlaşmaq üzrədir və gələn həftə Abel Məhərrəmov yeni kabinetində olacaq", - deyə məlumatda qeyd olunur.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1565 Tarix: 06.12.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol