Ondan küsən Minaya Elnarədən cavab: "Gərək hamıya göstərim..."

Ondan küsən Minaya Elnarədən cavab: "Gərək hamıya göstərim..."

Müğənni Elnarə Xəlilova ondan inciyən xalası qızı Mina Hüseynə cavab verib.

Axşam.az-ın məlumatına görə, sənətçi "Ən yaxşısı" verilişində Minanın "O səs Türkiyə" yarışmasındakı çıxışını İnstaqramında yayımlamamasının səbəbini açıqlayıb:

"Gecədən səhərə qədər danışmasaq, məndən istiliyi görməsə, ona haqq verərəm. Deyərəm, onu qızışdırıblar. Amma bu adam bilir isti münasibətimi. Gərək mən paylaşıb hamıya göstərim? Oldu keçdi. Onun özünə də dedim ki, hamı kimi İnstaqramda paylaşıramsa, başqalarından fərqim nə oldu? Minaya dedim ki, səni verilişimə çağırıb, müzakirə edəcəm. Mənim planlarım var idi, amma...".

Qeyd edək ki, Mina "O səs Türkiyə"də çıxış edəndən sonra onun videosunu bir çoxları İnstaqramda yayımlasa da, Elnarə paylaşmamışdı. Mina onun bu hərəkətindən incidiyini etiraf edib

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1512 Tarix: 06.12.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol