"Yalvarırdım ki, məni öldürsünlər" - Uyğur qadın

"Yalvarırdım ki, məni öldürsünlər" - Uyğur qadınEtnik uyğur Mehrigül Tursun Sincandakı siyasi tərbiyə düşərgələrində üç ay yaşayıb.

Qadın ABŞ Konqresi nümayəndələrinə oradakı işgəncələr və qeyri-insanı şərait barədə danışıb.

Mehrigülün sözlərinə görə, o, Çin əsgərlərindən əzablarının bitməsi üçün onu öldürməsini yalvarıb.

Bir neçə il öncə Mehrigül təhsil almaq üçün Misirə səfər edib və orada ailə həyatı qurub. 2015-ci ildə o, ailəsinə baş çəkmək üçün Çinə qayıtmaq qərarına gəlib. Vətənə dönən kimi onu dərhal saxlayaraq uşaqlarından ayırıblar. Daha sonra uşaqlarından biri ölüb.

Çin höküməti üç il ərzində uyğur qadına ölkədən çıxmağa icazə verməyib. Mehrigül üç dəfə Sincan düşərgəsində olub.

Nəhayət ötən yay ona Çinə qayıtmaq şərtilə Misirə səfər etməyə icazə veriblər. Qahirədə o amerikalı diplomatlarla təmas qurub və onlar onu Birləşmiş Ştatlara gətiriblər.

ABŞ Konqresindəki çıxışı zamanı Mehrigül tərcüməçinin köməyi ilə Sincan tərbiyə düşərgələrindəki saxlandığı vəziyyətdən danışıb.

- Məni yerin altında və heç bir pəncərəsi olmayan kameraya göndərdilər. Orada hər şeyə nəzarət etmək üçün 4 divarın dördündə də videokameralar quraşdırılmışdı. Kamerada mənimlə birgə 60-a yaxın adam var idi. Gecələr 15 qadın digərləri rahat yata bilsin deyə, ayaq üstə dururdular. Biz hər iki saatdan bir yerimizi dəyişirdik.

- Su və az miqdarda düyüdən ibarət səhər yeməyindən öncə biz kommunist partiyasını tərənnüm edən mahnılar oxumalı idik. Onlar bizə bilmədiyimiz dərmanlar və ağ maye içirirdilər. Dərmanlardan sonra qadınların bir çoxunda ginekoloji problemlər yaranırdı və bəziləri hətta ölürdü.

- Məni hündür oturacaq olan xüsusi otağa apardılar. Əllərimi və ayaqlarımı xüsusi lentlə oturacağa bağladılar. Gözətçilər keçəl qırxılmış başıma xüsusi dəbilqə taxdılar. Hər dəfə bədənimdən tok keçirəndə bədənim əsirdi və mən damarlarımda ağrı hiss edirdim. Məni təhqiramiz sözlərlə alçaldırdılar və günahımı boynuma almağım üçün təzyiqlər göstərirdilər. Onlar mənə anam və oğlumun öldüyünü, atamın isə ömürlük cəzaçəkmə məntəqəsində həbsdə olduğunu söyləyib, mənim ailənin "parçalanmasına" səbəb olduğumu bildirirdilər.

- Sonuncu dəfə məni elə bərk döydülər ki, yalvardım ki, məni öldürsünlər.

Beynəlxalq hüquq təşkilatları və dünya kütləvi informasiya vasitələri Çində etnik uyğurların, qazaxların və qırğızların sıxışıdırılmaları və Sincanda "siyasi tərbiyə düşərgələrində" saxlanmaları barədə 2017-ci ilin aprel ayından xəbər verirlər. Orada olanlar ədalətsizlik və sərt saxlanma şəraitinin olduğunu bildirirlər.

Rəsmi Pekin "siyasi tərbiyə düşərgələrindəki" işgəncələr barədə ittihamları rədd edir. İnsan Hüquqlarının Çin üzrə nümayəndəsi Li Syaotsyun sentyabrın 13-də Reuters-ə verdiyi müsahibəsində işgəncə və təzyiq hallarını danıb.

"Mərkəzlərdə heç bir təzyiq yoxdur. Onlar təlimlər keçərək yenidən kvalifikasiyalarını artırırlar. Sonra daha yaxşı iş tapacaqlar və əsas qanunları öyrənəcəklər" . o deyir.

Çinin Böyük Britaniyadakı səfiri Lyu Syaomin də Sincandakı etnik azlıqların sıxışdırılması barədə iddiaları inkar edib.

Sentyabrın 10-da Human Rights Watch beynəlxalq təşkilatı Çində məhbusların ağır saxlanma şərtləri barədə hesabat dərc edib. Təşkilat Çin hökümətini tənqid edərək, rəsmi Pekindən düşərgələrdəki məhbusları azad etməyə çağırıb.(azn)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1499   Tarix: 06 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 235
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 283
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 51
.

"Ermənistan rəhbərliyinin addımını dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun"

"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir. İlin günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendlər

18.04.2024 255
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 811
.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

18.04.2024 129
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 494
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 293
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 450