Atası, qardaşı, oğlu, qudası, xalası oğlu - Nazirlərin məmur qohumları - SİYAHI

Atası, qardaşı, oğlu, qudası, xalası oğlu - Nazirlərin məmur qohumları - SİYAHIBir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad olunan Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun eyni anda üç qardaşının və digər qohumlarının yüksək vəzifə tutması məmurların qohumları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Azxeber.com nazirlərin yüksək vəzifə daşıyan qohumları ilə bağlı araşdırma aparıb.

Vergilər naziri Mikayıl Cabbarovun qayınatası və xalası oğlu yüksək vəzifə daşıyır. Belə ki, nazirin qayınatası Kamran İmanov Əqli Mülkiyyət Agentliyinin sədridir. Bundan öncə Müəllif Hüquqları Agentliyinə və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib. Düzdür, Kamran İmanovun məmur fəaliyyəti M.Cabbarovun məmur fəaliyyətindən daha əvvələ gedib çıxır və bu mənada onların təyinatı arasında bağlar axtarmaq mənasızdır.

Atası, qardaşı, oğlu, qudası, xalası oğlu - Nazirlərin məmur qohumları - SİYAHINazirin xalası oğlu Balakişi Qasımov İctimai İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktorudur. Bu təyinata qədər Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı "Əlaçı" ("Brainist"), "61!" ("Jeopardy!"), "Breyn-rinq", "Kim? Harada? Nə vaxt?" verilişlərinin baş prodüseri və rejissoru olub.

Gənclər və İdman naziri Azad Rəhimovun qudası və oğlu yüksək vəzifə daşıyır. Nazirin qudası Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısıdır. Bu təyinata qədər Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində işləyib.

Atası, qardaşı, oğlu, qudası, xalası oğlu - Nazirlərin məmur qohumları - SİYAHINazirin oğlu Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış "Baku Grand Prix" şirkətinin rəhbəridir. Bu şirkət Bakıda keçiriləcən dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – "Formula-1"in "Qran Pri" yarışının təşkilatçısıdır.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası və oğlu yüksək vəzifə daşıyır. Nazirin atası Fəttah Heydərov Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatıdır. Buna qədər Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri, Culfa rayon İcra Hakimiyyətinin başçısı olub.
Atası, qardaşı, oğlu, qudası, xalası oğlu - Nazirlərin məmur qohumları - SİYAHINazirin oğlu Tale Heydərov Azərbaycan Avropa Cəmiyyətinin sədridir. İddialara görə, onun rəhbəri olduğu və lobbiçilik fəaliyyəti ilə məşğul olan qurum fəaliyyətini dayandırıb, ancaq bu barədə rəsmi açıqlama verilməyib.

Təhsil naziri Ceyhun Bayramovun qardaşı yüksək vəzifədədir. Azər Bayramov Maliyyə nazirinin müavinidir. Eyni zamanda Büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədridir. Buna qədər Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi işləyib.
Atası, qardaşı, oğlu, qudası, xalası oğlu - Nazirlərin məmur qohumları - SİYAHISəhiyyə naziri Oqtay Şirəliyevin oğlu önəmli vəzifə tutur. Murad Şirəliyev Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədr müavinidir. 2000-ci ildən bank sektorunda olan M.Şirəliyev bundan öncə "Kapital Bank"ın İdarə Heyətinin sədr müavini olub.

Atası, qardaşı, oğlu, qudası, xalası oğlu - Nazirlərin məmur qohumları - SİYAHIKənd Təsərrüfatı naziri İnam Kərimovun qardaşı yüksək vəzifədə çalışır. Mətin Kərimli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavinidir. "Harvard" Universitetinin məzunu olan M.Kərimli bundan öncə Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində çalışıb.
Atası, qardaşı, oğlu, qudası, xalası oğlu - Nazirlərin məmur qohumları - SİYAHIEnergetika naziri Pərviz Şahbazovun atası yüksək vəzifədədir. Oqtay Şahbazov uzun illərdir Prezident Adminstrasiyasında yüksək vəzifə tutur. Hazırda Azərbaycan Respublikası Prezidentinin İşlər müdiridir. 1-ci dərəcə Dövlət müşaviri, "Əməkdar dövlət qulluqçusu" fəxri adı və "Şöhrət" ordeni ilə təltif edilib.

Atası, qardaşı, oğlu, qudası, xalası oğlu - Nazirlərin məmur qohumları - SİYAHI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4819   Tarix: 21 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608