Nazirdən pensiya ilə bağlı əhaliyə şad xəbər

Nazirdən pensiya ilə bağlı əhaliyə şad xəbər

Hər il 45 min Azərbaycan vətəndaşının pensiyası 35 faiz, 38 min vətəndaşın isə 48 faiz artacaq.

BiG.AZ xəbər verir ki, bu barədə sosial.gov.az portalının təqdimatında əmək və əhalinin müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, pensiyaların verilməsinin avtomatlaşdırılması ilə bağlı qanunvericilik aktları baxılması üçün ölkə parlamentinə təqdim olunub və artıq birinci oxunuşda müzakirə üçün tövsiyə edilib: "Müvafiq elektron sistemin yaradılması ilə bağlı bütün işlər başa çatıb və dekabrın 15-dən etibarən test rejimində işləyəcək. Qanunun qəbul olunması 2019-cu ilin yanvar ayından hər pensiya yaşına çatmış vətəndaşa SMS vasitəsi ilə öz ad günündə pensiyaya çıxdığı barədə bildiriş alacaq".

Nazirin sözlərinə görə, SMS-in mətnində pensiyanın məbləği və vətəndaşın bank kartının harada ala biləcəyi haqqında məlumat olacaq.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2028 Tarix: 21.11.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol