Kraliça gəlininə xəbərdarlıq etdi: Artıq yetər! - FOTOLAR

Kraliça gəlininə xəbərdarlıq etdi: Artıq yetər! - FOTOLARBritaniya şahzadəsi, 34 yaşlı Harri xanımı, 37 yaşlı Meqan Marklla birlikdə dünən Londondakı "Palladium"da təşkil olunmuş "Royal Variety Performance" konsertinə qatılıblar.

Hamilə hersoginya londonlu modelyer Safiyanın əsəri olan qara-ağ geyimdə idi.

"Royal Variety Performance"ın ilk konserti 1912-ci ildə keçirlib və əldə olunmuş vəsait Britaniya Estrada Artistlərinin Xeyriyyə Fonduna verilib.

Kraliça 2-ci Yelizavetanın hami olduğu şounun ənənələri indi də davam edir.

Dünənki konsertdə "Take That", Corc Ezra, Rik Estli və başqaları çıxış ediblər.

Bu arada bəlli olub ki, Britaniya kraliçası 2-ci Yelizaveta nəvəsi, şahzadə Harrinin xanımı, 37 yaşlı Sasseks hersoginyası Meqan Marklın geyim seçimindən və dəblə bağlı baxışlarından kəskin şəkildə narazıdır.

Kraliça 37 yaşlı gəlininə sərt xəbərdarlıq edərək deyib: "Artıq yetər! Hollivud ulduzu kimi geyinməyinə son ver, şahzadənin xanımı kimi görün".

Kraliçanın narazılığı hələ Harri ilə Meqanın toyuna hazırlıq zamanı başlayıb. O, sabiq aktrisanın boşanmış qadın olduğu halda, ağ gəlinlik geymək istəyini bəyənməyib.

İyun ayında isə Çeşir qraflığına ilk təkbaşına səfəri əsnasında Meqan Marklın başında şlyapa olmaması kraliçanı qeyzləndirib. Halbuki, Bukinhem Sarayının dress-kodu bunu tələb edir.

Və ən nəhayət, Mepqan Markl daim şalvarlı kostyumlar, mini ətəkli donlar, qara rəngli paltarlar və əcnəbi dizaynerlərin əsərləri olan əlbisələri geyinib.

mənbə: milli.az
Kraliça gəlininə xəbərdarlıq etdi: Artıq yetər! - FOTOLARKraliça gəlininə xəbərdarlıq etdi: Artıq yetər! - FOTOLARKraliça gəlininə xəbərdarlıq etdi: Artıq yetər! - FOTOLARKraliça gəlininə xəbərdarlıq etdi: Artıq yetər! - FOTOLARKraliça gəlininə xəbərdarlıq etdi: Artıq yetər! - FOTOLARKraliça gəlininə xəbərdarlıq etdi: Artıq yetər! - FOTOLARKraliça gəlininə xəbərdarlıq etdi: Artıq yetər! - FOTOLARKraliça gəlininə xəbərdarlıq etdi: Artıq yetər! - FOTOLARKraliça gəlininə xəbərdarlıq etdi: Artıq yetər! - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2471   Tarix: 20 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585