Güləşçimiz ermənini məğlub edərək sonda dünya çempionu oldu - VİDEO

Güləşçimiz ermənini məğlub edərək sonda dünya çempionu oldu - VİDEORumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı sona yaxınlaşır.

BiG.AZ-ın məlumatına görə, altıncı yarış günündə sərbəst güləş üzrə yığmamızın son 4 üzvü xalça üzərinə çıxıb.

Ruslan Qasımov təsnifat mərhələsində özbək həmkarına çətinliklə də olsa, qalib gəlib. Ancaq 1/8 finalda Çin idmançısıyla bacarmayıb.

İsmayıl Abdullayev əvvəlcə qırğız rəqibini məğlub edib. Ancaq yerli güləşçiylə görüşdə hesab 2:2 olarkən zədələnən Abdullayev yarışdan çəkilmək məcburiyyətində qalıb. Rəqib finala yüksəldiyindən İsmayıl üçün bürünc medal qazanmaq fürsəti yaranıb. Amma təmsilçimizin zədəsi noyabrın 18-də təsəlliverici görüşə çıxmağa imkan verməyib.

Murad Süleymanov mundiala erməni güləşçisi üzərindəki qələbəylə başlayıb. Murad daha sonra gücünü belaruslu pəhləvana göstərib və yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya nümayəndəsinə uduzub. Həmyerlimiz noyabrın 18-də bürünc medal görüşünə çıxıb. Qarşılaşma boyunca kanadalı rəqibinə aman verməyən Süleymanov vaxtından əvvəl qalib gələrək, dünya 3-cüsü olub.

Şamil Zubairov debütdə erməni güləşçiyə heç bir şans verməyib. Yığmamızın üzvü növbəti mərhələdə Qazaxıstan təmsilçisi qarşısında da çətinlik çəkməyib. Şamil Hindistan idmançısını da yenərək adını yarımfinala yazdırıb. Ukraynalı güləşçiylə qarşılaşma dramatik keçib. Sona 6 saniyə qalmış həlledici xalı qazanan Zubairov minimal fərqlə qalib gəlib. Yığma üzvü noyabrın 18-də finalda mübarizə aparacaq.

61 kq
1/8 final - Ruslan Qasımov - Minqu Liu (CHN) 2:6
Təsnifat - Ruslan Qasımov - Firdavs Yaraşev (UZB) 3:2

74 kq
Təsəlliverici görüş - İsmayıl Abdullayev - Navid Morad Zanqaneh (İRİ) -:+
1/4 final - İsmayıl Abdullayev - Maksim Vasilioqlo (ROU) -:+
1/8 final - İsmayıl Abdullayev - Bekzan Dambulov (KGZ) 6:3

86 kq
Bürünc medal görüşü - Murad Süleymanov - Aleksander Robert Mur (CAN) 10:0
1/2 final - Murad Süleymanov - Artur Nayfonov (RUS) 4:14
1/4 final - Murad Süleymanov - Raman Çitadze (BLR) 3:1
1/8 final - Murad Süleymanov - Hovannes Mxitaryan (ARM) 10:7

92 kq
Final - Şamil Zubairov - Aslanbek Sotiev (RUS) 13:8
1/2 final - Şamil Zubairov - Boqdan Xritsay (UKR)
1/4 final - Şamil Zubairov - Sunil Kumar (İND) 10:4
1/8 final - Şamil Zubairov - İlişkan Çilayev (KAZ) 10:0
Təsnifat - Şamil Zubairov - Sarqis Hovsepyan (ARM) 11:4


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 662   Tarix: 19 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Karlos Sayns "Formula-1" Avstraliya Qran Prisinin qalibi olub

"Ferrari" komandasının ispaniyalı pilotu kiçik Karlos Sayns Avstraliyada "Formula-1" çempionatının üçüncü mərhələsinin qalibi olub. Yarış Melburndakı Albert Park trekində baş tutub. Onun moneqasklı komanda yoldaşı Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü "Maklaren"dən britaniyal

24.03.2024 172
.

Azərbaycan millisinin baş məşqçisi: "Hər bir güləşçi olimpiadaya vəsiqə qazanmağa çalışacaq"

"Yarışda iştirak edəcək hər bir güləşçi olimpiadaya vəsiqə qazanmağa çalışacaq". "Report" xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə millinin baş məşqçisi Aleksandr Tarakanov Azərbaycan Güləş Federasiyasının saytına müsahibəsində bildirib. Mütəxəssis Avropa Olimpiya Təsnifat turnirin

23.03.2024 204
.

"Real Madrid"ın qapıçısı "Mançester Yunayted"ə keçə bilər

"Real Madrid"in qapıçısı Andrey Lunin "Mançester Yunayted"dən transfer təklifi alıb. Premyer Liqa klubu bu mövsüm özünü kral klubunun əsas qapıçısı kimi təsdiqləyən 25 yaşlı ukraynalı ilə müqavilə imzalamaq istəyir. İspaniya komandası ilə müqaviləsi 2025-ci ilin iyununda başa çataca

24.03.2024 333
.

Fransa millisinin futbolçusu komandanı tərk etdi - Maraqlı səbəb

Mamadu Diavara Ramazan ayında oruc tutmaq qadağasına görə Fransanın U-19 futbol yığmasını tərk edib. Qeyd olunur ki, daha əvvəl Fransa Futbol Federasiyasının prezidenti "Le Figaro" nəşrinə müsahibəsində milli komandanın tərkibində Ramazan ayında oruc tutmağı qadağan edən yeni qaydaları açıqlayı

24.03.2024 210
.

"Ehtiyac yaransa, bu addımı atacağıq" - Qurban Qurbanov

"Bakıdakından daha yaxşı oynamağa çalışacağıq". BİG.AZ "İdman və biz"ə istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları "Bayer" ilə cavab matç üçün Almaniyaya yollanarkən Heydə

12.03.2024 662
.

AFFA rəsmisi UEFA-dan təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb. Bu barədə milli assosiasiya məlumat yayıb. Bildirilib ki, o, 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda A liqasının 1-ci qrupunu

17.03.2024 322
.

Qurban Qurbanov: "Görsək ki, Azərbaycan futboluna faydası var, lazımi addımı atacağıq"

"Tovuzda olmaq həmişə xoşdur mənim üçün. Dünən bizi çox xoş qarşıladılar. Bizim üçün vacib oyun idi. Həmişə istəmişəm ki, çətin oyunlardan sonra futbolçularım xarakter göstərsinlər. Komanda toparlandı. Oyunun əvvəllərində bir az gərginlik yaşandı. Sonra oyunu ələ ala bildik. Futbolçularımı təbri

17.03.2024 438
.

Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar

İdman gimnastikasının tamblinq növü üzrə Azərbaycan millisi Qazaxıstanın Almatı şəhərində keçirilən turnirdə 6 medal qazanıb. "Report" Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər. Fərdi mübarizəd

23.03.2024 206
.

Messinin imzaladığı forma Bakıda 20 minə satılır

Lionel Messinin PSJ klubuna aid forması Azərbaycanda satışa çıxarılıb. xəbər verir ki, bu barədə elan saytlarından birində məlumat paylaşılıb. Məlumata əsasən, köynək Fransada PSJ klubunun mağazasından alınıb. Formaya ulduz futbolçu Lionel Messi özü imza çəkib. Əsas məsələ isə köynəyə qoyulan qiymətdir

15.03.2024 425