Azərbaycanda DƏHŞƏT: Ana yeni doğduğu körpəsini öldürdü

Azərbaycanda DƏHŞƏT: Ana yeni doğduğu körpəsini öldürdü
Azərbaycanda ana yeni doğduğu körpəsini öldürüb.

Hüquq-mühafizə orqanlarından open.az-a verilən məlumata görə, hadisə Lənkəranda qeydə alınıb.

Lənkəranın Girdəni kənd sakini, 1997-ci il təvəllüdlü Fəridə Üzeyir qızı Kərimzadə on gün əvvəl dünyaya gətirdiyi Toğrul Məmmədovun göbək nahiyəsinə qayçı ilə xəsarət yetirib. Göbəyindən kəsilmiş-deşilmiş xəsarətlər alan körpə əvvəlcə rayon xəstəxanasına, oradan da Bakıya - Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD) aparılıb. Göstərilən tibbi yardımlara baxmayaraq körpə noyabrın 15-də orada dünyasını dəyişib.

Araşdırmalar zamanı müəyyən edilib ki, F. Kərimzadə həmin körpəni dünyaya gətirən zaman sarsıntı keçirib və o, "dəqiqləşdirilməmiş doğuşdan sonrakı psixi pozuntu" diaqnozu ilə qeydiyyata götürülüb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2103 Tarix: 17.11.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
tilkiaylin
tilkiaylin 18.11.2018
A o usagi onun yaninda qoydugvuz yerde sizi zelil olaydiz ele Das basuza agzinda deyir pisxi pozuntusu var ne qoyursuz yanina ayda ne selver geride qalmis milet oldug e biz paho vehsi milet oldug cahamat bir dirnagi ucun yalvarir bu oldurur o usagin qatili ana yox onu onun yaninda qoyandi iki dunya da ahi tutacag sizi indi yasan bu ezabla