"Abel müəllimin xahişilə onun bir qardaşı yanımda..." - BDU-nun eks rektoru haqda daha bir açıqlama

"Abel müəllimin xahişilə onun bir qardaşı yanımda..." - BDU-nun eks rektoru haqda daha bir açıqlama""İndi kimin əlində vəzifə varsa, bu imkandan istifadə edərək qanunsuz yolla pul qazanmalı olduğunu düşünür. Təəssüf ki, iradəcə zəif olanlar vəzifə tutduqca daha da tamahkar olurlar".

BiG.AZ xəbər verir ki, Sfera.az-a açıqlamasında bu sözləri BDU-nun sabiq rektoru Abel Məhərrəmovun timsalında bir çox yüksək çinli məmurların tutduğu vəzifə ilə tərs-mütənasib olaraq, qeyri-etik davranış və hərəkətlər nümayiş etdirməkdə davam etdirmələrinə münasibət bildirərkən sosioloq Əhməd Qəşəmoğlu deyib.

Həmsöhbətimizin fikrincə, bütün hallarda kimliyindən asılı olmayaraq vəzifə tutan şəxslərin özünü belə biabır etmələrinin günahı insanın özündədir:

"Abel Məhərrəmovu kifayət qədər yaxından tanıyıram. Tələbəlik dövründən aramızda sıx münasibətlər olub. Onun ailəsini də tanıyıram. Çox gözəl ailə üzvləri var. Abel müəllimin xahişilə onun bir qardaşı uzun müddət yanımda işləyib. Yəni demək istəyirəm ki, bu ailə əməksevər ailə idi. Ona görə də yüksək rütbəli məmur və nazirlərin həmin postda olduğu müddətdə tutduğu vəzifəyə tamamilə zidd hərəkətlərə, əməllərə yol vermələri və rəzil vəziyyətə düşmələrinin səbəbini mühitdə də axtarmaq lazımdır. İndiki şəraitdə kimin əlində vəzifə varsa, bu imkandan istifadə edərək qanunsuz yolla pul qazanmalı olduğunu düşünür. Təəssüf ki, iradəcə zəif olanlar da buna uyaraq, vəzifə tutduqca daha da tamahkar olurlar. Tamah artıq olduqca da, insan beyni də nəfsinə uyğun fəaliyyət göstərmək istiqamətində işləyir. Nəticədə sonda adamı belə pis vəziyyətə qoyur. Abel müəllim o qədər ad-san qazanmışdı. İndi bu kimi biabırçılıqla yekunlaşmasından təəssüflənirəm. Bütün hallarda günah insanın özündədir. Bütün dinlər, o cümlədən İslam dinində də nəfsin qorunması tövsiyyə edilir. İnsan nəfsinə qalib gələ bilməyəndə sonda belə bir biabırçılıqla üzləşir".

Qeyd edək ki, Azərbaycanda hələ də bir çox məmurlar tutduqları vəzifəyə dövlətə xidmət kimi deyil, gəlir mənbəyi kimi baxaraq, bəzi hallarda qanuna-zidd əməllərə yol verirlər. Belə tamahkarlığa yol verənlərdən biri də BDU-nun sabiq rektoru Abel Məhərrəmov olub. Onu da vurğulayaq ki, A. Məhərrəmov artıq Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunub. A. Məhərrəmovun bu ilin noyabrın 3-də Madriddə tolerantlıq mövzusunda keçirilən konfransda iştirakı fonunda restoranların birində içərək dava saldığı bildirilir. Həmçinin, onun İspaniyaya və geriyə çaxır daşıdığı məlum olub. Onun səfir olan oğlu Anar Məhərrəmov isə diplomatik toxunulmazlığından biznes maraqları naminə sui-istifadə edib. Xatırladaq ki, A. Məhərrəmov 1999-cu ildən BDU-nun rektoru vəzifəsində çalışıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2917   Tarix: 17 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

11:00 593
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 653
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

17:49 17
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

09:54 331
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

17:52 3
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 275
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 929
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 556
.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

18.04.2024 281