Azərbaycanlı idmançı Türkiyədə əsgərliyə getdi - FOTO

Azərbaycanlı idmançı Türkiyədə əsgərliyə getdi - FOTO

Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev qonşu ölkədə hərbi xidmətə yollanıb.

BiG.AZ xəbər verir ki, qısa məsafələrə qaçışda tanınan, 200 m məsafədə dünya və Avropa çempionu olan idmançı hərbi xidmətdə əsgər andı içib.

O, Türkiyə silahlı qüvvələrindəki ilk təlimləri başa vurub. Quliyev ödənişli qısamüddətli xidmət üçün hərbiyə cəlb olunan 417 nəfər sırasında yer alıb.

Qeyd edək ki, Ramil 2017-ci ildə dünya, 2018-ci ildə Avropa çempionu adını qazanıb.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 490 Tarix: 17.11.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol