Bu yollarda hərəkət məhdudlaşdırılır

Bu yollarda hərəkət məhdudlaşdırılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ( AAYDA) Akademik Milli Dram teatrı ətrafındakı yolları qismən məhdudlaşdıracaq.

Bu barədə BiG.AZ-a agentlikdən bildirilib.

Qeyd edilib ki, Akademik Milli Dram teatrının ətrafında olan yollarda aparılan profilaktik işlər çərçivəsində noyabrın 17-18 tarixlərində sözügedən ərazidə hərəkət işlərin aparıldığı hissələr üzrə qismən məhdudlaşdırılacaq: "Belə ki, yolun bağlanması nəzərdə tutulmur".

"AAYDA sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir", - deyə məlumatda vurğulanıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 106 Tarix: 17.11.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol