Abel Məhərrəmova daha bir zərbə: oğlu da vəzifəsini itirir

Abel Məhərrəmova daha bir zərbə: oğlu da vəzifəsini itirirXəbər verildiyi kimi, prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.

"Yeni Müsavat" xəbər verir ki, mətbuatda Abel Məhərrəmovun işdən çıxarılması ilə bağlı sensasion məlumat yayılıb. Noyabrın 3-də geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb.

Həmin zaman A.Məhərrəmov və onun səfir oğlunun şərab biznesinə aid çəlləkləri İspaniyaya aparması böyük qalmaqala səbəb olub. Yayılan məlumatlara görə, sonradan Madriddə düzənlənən tədbirdə daha bir qalmaqal yaşanıb, spirtli içkinin təsiri altında olan rektor orada aranı qatıb.

Abel Məhərrəmov işdən çıxarılması barədə sərəncama qəfil yaxalanıb. Əvvəl sosial şəbəkələrdə Abel Məhərrəmovun işdən çıxarıldığı haqda şayiələr yayılıb. Saytlardan biri rektora zəng vurub və bu şayiələrə münasibətini soruşub. A.Məhərrəmov bu məlumatları təkzib edib:

"Hazırda işdəyəm, pedaqoji kollektivin iclasını keçirirəm".

Abel Məhərrəmova daha bir zərbə: oğlu da vəzifəsini itirirUnikal.org Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesi ilə bağlı maraqlı araşdırma edib. Məlum olub ki, A.Məhərrəmov 2016-cı ildən İspaniyaya səfir təyin edildikdən sonra bu ölkədə Azərbaycan şərablarının satışı ilə də məşğul olurmuş.

Belə ki, səfir İspaniyada Azərbaycan, Azərbaycanda isə İspaniya şərablarının satışı üzrə monopoliyanı öz üzərinə götürüb.

Səfir 2 ölkə arasında bu işlə məşğul olan digər biznes tərəfdaşlarına mane də olurmuş. Anar Məhərrəmov səfirlik dövründə Madriddə Azərbaycan şərablarının satışını həyata keçirən mağazaların da açılışını edib.
Abel Məhərrəmova daha bir zərbə: oğlu da vəzifəsini itirirNəhayət, 2018-ci ilin oktyabr ayında İspaniyanın Madrid şəhərində yerləşən "Madrid Rioxa Mərkəzi"ndə Azərbaycan şərablarının təqdimat mərasimini keçirib.

Mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və yerli kütləvi informasiya vasitələrinin, İspaniyanın şərabçılıq üzrə tanınmış şirkətlərinin, habelə A.Məhərrəmovun biznes ortaqlığı ilə Qəbələdə yaradılan "Aspi Agro" MMC şirkətinin təmsilçiləri iştirak ediblər.

Tədbiri açan "Madrid Rioxa Mərkəzi"nin prezidenti Xose Antonio Ruperes Kanyo Azərbaycan şərablarının füsunkar dada və keyfiyyətə malik olduğunu deyib və məhz bu səbəbdən İspaniyanın əsas şərabçılıq bölgələrindən sayılan Rioxa şərabları ilə Azərbaycan şərablarının birgə təqdimat mərasiminin keçirilməsinin təsadüfi olmadığını bildirib.
Abel Məhərrəmova daha bir zərbə: oğlu da vəzifəsini itirirTədbirdə çıxış edən səfir Anar Məhərrəmov Azərbaycanın qədim şərabçılıq ənənələrinə malik olduğunu, hazırda "milli brend" adı altında ölkə şərablarının geniş şəkildə satışı və təşviqinin uğurla həyata keçirildiyini bildirib. Daha sonra "Aspi Agro" MMC şirkətinin nümayəndəsi tərəfindən "Savalan" brendinə məxsus şərablarla bağlı təqdimat edilib.

Tədbirdə Azərbaycan şərabı adı ilə yalnız bu şirkətin istehsalı olan 3 çeşiddə şərabın təqdimatı, eləcə də dequstasiyası keçirilib. Bu da Azərbaycanda digər şərab istehsalı ilə məşğul olan şirkətlərin ciddi narazılığına səbəb olub.
Abel Məhərrəmova daha bir zərbə: oğlu da vəzifəsini itirirTəqdimatdan sonra, Madriddə "Savalan" brendinə məxsus şərabların satışına da böyük tələbat yaranıb. Bunun üçün tələbatın artıdğını səfir oğul atasına bildirib. Abel Məhərrəmov da bunu nəzərə alaraq bu dəfə özü Bakıdan şeyxin təyyarəsi ilə Madridə şərab çəlləkləri aparmaq qərarına gəlib.

Oğulun təqdimatında göründüyü kimi, şərabların "Aspi Agro" MMC-yə məxsus olduğu istisna edilmir.

"Xarici İşlər Nazirliyində nazir Elmar Məmmədyarovun fikrini ana dilində izah edə bilməməsindən də böyük qüsurlar var. Səfirlər tacirə çevriliblər, ölkəsinin maraqlarından çox şəxsi ciblərini düşünürlər, çalışdıqları ölkədə biznes qururlar".

"Bakupost" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu BDU-nun keçmiş rektorunun səfir oğlu A.Məhərrəmovun şərab biznesi ilə bağlı danışarkən deyib. O bildirib ki, onunla bağlı tədbir görülməsinin vaxtı çatıb:

"Abel Məhərrəmovun İspaniyadakı səfir oğlunun şərab biznesi ilə məşğul olduğuna dair xəbərlər illərdir mətbuatda yazılır, müzakirə olunur. Bəlkə atasının biabırçılığından sonra onun haqqında da tədbir görərlər. Səfir oğlu əgər belə bacarıqlıdırsa, diplomat statusu olmadan şərab biznesi ilə məşğul olsun".

Rektoru bitirən Əli Evsen söhbəti

Abel Məhərrəmova daha bir zərbə: oğlu da vəzifəsini itirirİspaniyadakı həmin məşum konfransa gəldikdə isə onu artıq üçüncü ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qalmaqallı qudası, Türkiyə əsilli biznesmen, bir vaxtlar Azərbaycanda iri biznesi olan Əli Evsen təşkil edir.

Bu həmin Əl Evsendir ki, bir neçə il əvvəl barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilmişdi və İspaniyada həbs olunmuşdu.

Əli Evsen Misirin devrilmiş diktatoru Hüsnü Mübarəkin pullarının Avropada yuyulmasını təşkil etməkdə şübhəli bilinirdi. (virtualaz.org)

Abel Məhərrəmova daha bir zərbə: oğlu da vəzifəsini itirirAmma necə oldusa Evsen bu ittihamlardan sıyrılıb çıxa bildi və indi göründüyü kimi İspaniyada öz adına fond təsis edib. "Evsen Foundation" kifayət qədər ambisiyalı işlərlə-beynəlxalq səviyyədə dini tolerantlıq və mədəniyyətlərarası dialoq formalaşdırmaqla məşğuldur.

2016-cı ildən Madriddə bu mövzuda konfranslar təşkil edir və hər dəfə konfransa Azərbaycandan şeyxülislam qudası ilə yanaşı müxtəlif dinlərin nümayəndələri, Milli Məclisin üzvləri və s. qatılır.

Builki konfrans isə rüsvayçılıqla və qalmaqalla, habelə Abel Məhərrəmovun vəzifədən qovulması ilə nəticələndi...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4454   Tarix: 17 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788