Leyla Əliyeva konfransda

Leyla Əliyeva konfransda"Caspian Ecology" IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq" mövzusunda növbəti beynəlxalq elmi konfrans keçirilib.

BiG.AZ xəbər ver verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycanın və Gürcüstanın ekologiya və ətraf mühit nazirləri, Dünya Vəhşi Təbiət Fondunun (WWF), eləcə də Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Niderland, Belarus, İranın rəsmi nümayəndələri və beynəlxalq mütəxəssislər iştirak ediblər.

Konfransın keçirilməsində məqsəd bioloji müxtəlifliyin qorunması, regionun təbii bərpa sahəsində potensialının inkişafı üçün prioritetlərin müəyyənləşdirilməsi, regionda icra olunan oxşar layihələrin təcrübəsinin öyrənilməsi, məlumat mübadiləsinin aparılması və regional əməkdaşlığın genişləndirilməsi olub.

Konfransda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bildirib ki, ətraf mühit problemləri sərhəd tanımır. İnsan məskunlaşmaları nəticəsində 40 faiz vəhşi mühit məhv edilib. Ekosistemin deqradasiyası göz önündədir.

Azərbaycanda həm qurudakı, həm də sudakı canlıların reabilitasiyası ilə bağlı mühüm işlərin görüldüyünü qeyd edən Leyla Əliyeva Qafqaz bəbiri, ceyran və nərə balığının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Diqqətə çatdırıb ki, məqsəd bütün təşəbbüsləri dəstəkləmək, təcrübələri bölüşməkdir. Azərbaycanda ceyranların sayı 600-dən 6000-ə qədər artırılıb və bu proses hazırda davam edir. BMT-nin Dayanıqlı İnkişaf Məsələlərinə də toxunan Leyla Əliyeva xeyli sayda insanın təbiətin mühafizəsi ilə bağlı çağırışlara qoşulduğunu deyib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Azərbaycanda 24 yasaqlıq, 10 milli park, 10 qoruq fəaliyyət göstərir. Qoruqlarda antropogen fəaliyyətə icazə verilmir. Ərazidə olan bütün təbii landşaftlar qorunur və elmi-təcrübə mərkəzi kimi istifadə edilir. Biomüxtəlifliyin qorunması üçün Qızılağac Milli Qoruğu yaradılıb. Zaqatala, Balakən biosferinin yaradılması üçün isə əsaslı işlər görülür.

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili qeyd edib ki, ölkəsində 9 faiz ərazi xüsusi mühafizə ərazisi sayılır. Uzun illərdir ki, Gürcüstan Azərbaycan ilə vəhşi təbiətin qorunması və mühafizəsi sahəsində əməkdaşlıq edir. Vəhşi təbiətin qorunması və mühafizəsi sərhəd tanımır. O vurğulayıb ki, Azərbaycan nəsli kəsilməkdə olan heyvanların artımında böyük nailiyyətlər əldə edib.

Dünya Vəhşi Təbiət Fondunun Cənubi Qafqaz üzrə nümayəndəsi Aurel Heydelberq deyib: "Biz vəhşi təbiətin qorunması və mühafizəsi ilə bağlı araşdırmalar aparırıq. Bu, çox mühümdür. Mənim burada yerli mütəxəssislərlə də müzakirələrim olub. Bu konfrans Qafqaz ölkələrinin təcrübələrini bölüşməyə təkan verəcək".

Konfrans mövzu ətrafında müzakirələrlə davam edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 538   Tarix: 16 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

28.03.2024 136
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

28.03.2024 124