İlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTO

İlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıta səfəri çərçivəsində Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Sumqayıt dəmir yolu stansiyasının tikintisi, Bakı dairəvi, Ləki-Qəbələ, Astara-Astara dəmir yolu xətlərinin çəkilişi ilə bağlı görülən və bundan sonra layihələrdə nəzərdə tutulan işlər barədə dövlətimizin başçısında məlumat verdi.

Üçmərtəbəli Sumqayıt dəmir yolu vağzalının sahəsi 5,5 min kvadratmetrdir. Binada gözləmə zalı, bilet kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yaradılıb və yaxın günlərdə burada ticarət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, stansiyada 7 yol yenidən qurulub və çəkilmiş dəmir yollarının ümumi uzunluğu 5 min 20 paqonmetrdir. Kompleksdə 12 yol dəyişən quraşdırılıb, uzunluğu 43 metr olan yeraltı piyada keçidi və platformaya yeraltı çıxış keçidi inşa edilib.

Sonra Prezident İlham Əliyev Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə Bakıya gəldi.

Qeyd edək ki, son illərdə lokomotiv və vaqon parklarının yenilənməsi və digər sahələrin müasir tələblər səviyyəsinə çatdırılması istiqamətində İsveçrənin "Stadler Rail Group" şirkətindən KİSS markalı ikimərtəbəli elektrik qatarları alınaraq ölkəmizə gətirilib. Həmin qatarlar 2015-ci ildə Bakı-Sumqayıt marşrutu ilə hərəkətə buraxılıb. Saatda 160 kilometr sürətlə hərəkət edən və 4 vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 700 nəfər, oturacaq yerlərin sayı isə 367-dir.

Bakı dəmir yolu vağzalına gələn Prezident İlham Əliyev burada 2016-cı ildən bəri alınmış yeni sərnişin qatarları, lokomotivlər və müxtəlif dəmir yolu texnikalarına baxdı. "EVOLUTİON" seriyalı teplovoz Qazaxıstan istehsalıdır və saatda 120 kilometr sürətlə hərəkət edir. Sabit cərəyanla işləyən lokomotiv isə Gürcüstanda istehsal olunub və sürəti saatda 100 kilometrdir. Dövlətimizin başçısına "Alstom Transport" ikisistemli sərnişin lokomotivi də təqdim olundu. Bu lokomotiv sabit, həmçinin dəyişən cərəyanla işləyir və saatda 160 kilometr sürətlə hərəkət edir. Bütövlükdə Avstriya, Rusiya, Çexiya və digər ölkələrdən alınan yeni lokomotiv və avadanlıqlar təmir-tikinti və istismar proseslərinin tamamilə avtomatlaşdırılmasına və mexanikləşdirilməsinə imkan yaratmaqla dəmir yollarında daşımaların təhlükəsizliyini gücləndirəcək, xüsusilə də sərnişinlərə xidməti daha yüksək səviyyəyə qaldıracaq.

Sonda xatirə şəkli çəkdirildi.
İlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOİlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOİlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOİlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOİlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOİlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOİlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2402   Tarix: 16 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 0
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 0
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 0
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

15:21 0
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 0
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190