"Yollarda qalmışıq" – "Lənətlənmiş" sürüşmə zonasının sakinləri – VİDEO

"Yollarda qalmışıq" – "Lənətlənmiş" sürüşmə zonasının sakinləri – VİDEOBadamdar 20-ci sahə ərazisinin sakinləri yolun açılmasını, eləcə də sürüşmə zonasının üst hissəsində olan evlərdə komunal xidmətlərin bərpasını istəyir.

ARB TV xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, mayaklarda və torpaq səthinə yerləşdirilən reperlərdə dəyişikliklər müşahidə olunmur.

Rafiq Həsənov – Geoloji Planlama Ekspedisiyasının Dəstə Rəisi: "Bu o demək deyil ki, sürüşmə, uçqun prossesi tam başa çatıb. Hal-hazırda ərazidə vəziyyət stabil-gərgin olaraq qalmaqdadır. İstənilən an aktivlik baş verə bilər. Atmosfer yağıntıları, küləyin təsiri və digər texnogen təsirlərdən aktivlik baş verə bilər".

Ərazinin üst hissəsində qazılan subartizan quyularında isə işlər başa çatdırılıb. Su çəkilərək kanalizasiyalara yönləndirilir.

Sürüşmə zonasının böyük əksəriyyətində isə yaşayış var. Kommunal xidmətlərin verilişi isə bərpa edilməyib. Sakinlər elektrik enerjisini generatordan, suyu isə marketlərdən alırlar.

Badamdar 20-ci sahə yolunun sol kənarında məskunlaşan sakinlər isə adıçəkilən yolun bağlı qalmasının onlara çətinliklər yaratdığını deyirlər.

Sakin: "Çoxdandır ki, yollar sürüşməyə görə bağlanıb. Qalmışıq yollarda. Gedib, gələ bilmirik. Marşurut işləmir".

Sakin: "Keçən ayın on üçündən piyada gedib, gəlirik".

Rafiq Həsənov isə sözügedən çətinliklərin aradan qaldırılması üçün ərazidə mühəndis işlərinin aparılacağını deyir:

"Ərazidə dəqiq mühəndisi geoloji araşdırmalar aparılmalıdır. Bu araşdırma işlərindən sonra yekun söz deyilə bilər. Həm yolun açılması istiqamətində, həm də digər problemlərlə əlaqədar".

Marşrut avtobusları isə yalnız yolda hərəkətin bərpa olunacağı halda həmin istiqamət üzrə hərəkət edə biləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 659   Tarix: 16 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233