Şərabın qurbanı olan azərbaycanlı məmurlar - İçki onların evini yıxdı

Şərabın qurbanı olan azərbaycanlı məmurlar - İçki onların evini yıxdıBakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov dünən Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edildi. Xatırladaq ki, Abel Məhərrəmov 1999-cu ilin yanvarında bu posta təyin edilib və 20 ilə yaxın bu vəzifədə çalışıb. Son vəzifə təyinatına qədər isə Kimya fakültəsinin dekanı olub.
Abel Məhərrəmovun işdən çıxarılmasına oğlunun səfir olduğu ölkəyə - İspaniyaya səfəri zamanı içki içməsinin və şərab daşımasının səbəb olduğu iddia edilir.

BiG.AZ AZXEBER.COM saytına istinadən spirtli içkilərin qurbanı olan məmurlarla bağlı araşdırmanı sizə təqdim edir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı öz adına xaricdə şərab buraxdırmışdı. İddialara görə, sabiq Palata rəhbəri özünə aylıq 65 min AZN maaş yazaraq, qazandığı böyük pullardan öz şərab brendinin yaradılması üçün xeyli məsrəf ayırıb. Məhz bu və bu kimi fəaliyyət Rüfət Aslanlının sonunu gətirdi və ötən ayın 5-də vəzifəsindən azad edilib.

Sabiq Vergilər naziri Fazil Məmmədovun da spirtli içkiyə meylli olduğu deyilirdi. Hətta onun içkili telefonla danışmasına dair "youtube" kanalında video da yayılmışdı. Ötən ilin sonunda vəzifəsindən azad edilən Fazil Məmmədov hazırda bir çox xəstəliklərdən müalicə olunur və burada da spirtli içkilərin rolunun olması istisna deyil.

BDU-nun dünən işdən azad edilən rektoru Abel Məhərrəmovun İspaniya səfərinə gedərkən təyyarəni iki saat yubatması və həmin təyyarəyə tonlarla şərab yüklətdirməsi, Madriddə spirtli içki qəbul edərək, xoşagəlməz ifadələr işlətməsi onun sonunu gətirdi. Həra halda mətbuatda və sosial şəbəkələrdə davam edən müzakirələr bunu deməyə əsas verir.

Xətai, Nəsimi və Suraxı rayonlarının polis rəisi olmuş, polkovnik Məmməd Mikayılovun sərxoş vəziyyətdə sükan arxasına oturaraq, avtomobil idarə etməsi və buna görə, maşınının cərimə meydançasına aparılması ilə bağlı 2014-cü ildə rəsmi açıqlama yayılmışdı. Düzdür, həmin zaman polkovnik təqaüddə olsa da, bu məsələ geniş ictimai rezonans doğurdu.

Bütün hallarda spirtli içkilərin aşırı qəbulunun insan orqanizminə ziyan verməsi ilə bərabər davranışlarda da anormallıq yaratdığı həm müasir təbabətdə, həm də müqəddəs dinimizdə öz əksini tapıb. İctimai reputasiyalı insanlar, dövlət məmurları, deputatlar, ziyalılar bu kimi məsələlərdə xüsusilə ehtiyatlı olmalıdırlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1616   Tarix: 16 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 277
.

"Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir"

"Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyas

19.04.2024 144
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 1129
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 320
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 950
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 373
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

19.04.2024 280
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 364
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 238