Özü hərəkət edən qapıyla oynayan uşağın barmaqları çərçivənin arasında qaldı - VİDEO - FOTO

Özü hərəkət edən qapıyla oynayan uşağın barmaqları çərçivənin arasında qaldı - VİDEO - FOTO

Azyaşlı qızla bağlı sosial şəbəkələrdə yayılan video maraq doğurub.

BiG.AZ milli.az-a istinadla bildirir ki, videoda azyaşlı qızın avtomatik idarə olunan qarajın qapısından sallanaraq qapı boyunca yuxarı qalxması və orada asılı vəziyyətdə qalması əks olunub.

Qapıyla birgə çərçivəyə qədər qalxan qızın barmaqları əzilib.

Bu hadisə ana uşaq arabasında digər övladına nəzarət edərkən baş verib. Anidən üzünü çevirən qadın qızını asılı vəziyyətdə görəndə dəhşətə gəlib.

Kadrların hansı ölkədə və nə vaxt çəkilməsi barədə məlumat verilmir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 522 Tarix: 16.11.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər