Prezidentin vəzifəsindən azad etdiyi Abel Məhərrəmov kimdir? - DOSYE

Prezidentin vəzifəsindən azad etdiyi Abel Məhərrəmov kimdir? - DOSYEXəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Abel Məhərrəmovu Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edib.

BiG.AZ BDU-nun sabiq rektorunun dosyesini təqdim edir:

BDU-nun sabiq rektoru (1999–2018), Azərbaycan Respublikası Milli Məclisinin III (2005-2010) və IV (2010-2015) çağırış deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri olub.

Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olub.

1966–cı ilin may ayının 25-i Amasiya rayonun Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra, elə 1966-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və oranı 1971-ci ildə əla qiymətlərlə başa vurub. Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışmışdır. 1973-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olub. 1976-ci ildə akademik N.S.Zefirovun rəhbərliyi altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və həmin ildən "Üzvi kimya" kafedrasının professorudur.

Avropanın bir neçə universitetinin fəxri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü
Beynəlxalq ali təhsil assosiasiyalarının prezidenti və idarə heyətinin üzvü
11 yanvar 1999 – 15 noyabr 2018-ci illərdə Bakı Dövlət Universitetinin rektoru olmuşub.
2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib.
2002-2004-cü illərdə Qara Dəniz Universitetləri Assosiasiyasının prezidenti olub. 2004-cü ildən isə vitse-prezidentidir.
2005-2010-cu illərdə 16 saylı Yasamal ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komitəsinin üzvüdür.

Elmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və Azərbaycanda 600-ə yaxın elmi məqalə dərc etdirmişdir. O cümlədən 33 ixtiranın müəllifidir, 10-a yaxın monoqrafiya və 37 dərslik və dərs vəsaiti çap olunmuşdur.

Üzvi kimya kafedrasının müdiri, "Zərif üzvi sintez" elmi-tədqiqat laboratorayasının rəhbəri, AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi, kimyanın əsas sahələrindən hesab edilən neft kimyası, üzvi kimya sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış kimyaçı alimdir.

O, "Alkenilfenolların kimyası", "Аминотиолы и их производные" monoqrafiyalarının və "Neft kimyası və neft-kimyəvi sintez", "Dərman maddələrinin sintezi" dərsliklərinin müəllifidir.

Məhərrəmov Abel Məmmədəli oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar Elm xadimi" fəxri adına, Y.Məmmədəliyev adına qızıl medala layiq görülmüşdür. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Bundan başqa müxtəlif vaxtlarda Beynəlxalq EKO mükafatına və Rumıniyanın Ali Komandor dərəcəli Qızıl ulduz ordeninə layiq görülüb.

2016-cı ilin oktyabrın 28-dən etibarən Rusiya Elmlər Akademiyasının üzvü seçilib.
Ailəlidir, iki övladı, dörd nəvəsi vardır.

15 Noyabr 2018-ci ildə Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Ruida M.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4688   Tarix: 15 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"WhatsApp" istifadəçilərini sevindirəcək daha bir YENİLİK

"WhatsApp" messenceri istifadəçilərinə ünsiyyət qurmaq üçün yeni imkan tanıyacaq. Belə ki, mesajlaşma şəbəkəsi istifadəçinin yeni kontaktlarını müəyyənləşdirəcək və onlarla söhbətə başlamağı istifadəçiyə təklif edəcək. Bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Məlumata görə, "WhatsApp"

15:03 0
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0
.

"Qadınların təqaüdə çıxmaq yaşı irəli çəkilsin"

"Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib

14:03 0
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

12:54 0
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 0
.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 0
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0