Abel Məhərrəmov özünü necə yandırdı - Prezident rektoru bu səbəbdən qovdu? / Sensassiya

Abel Məhərrəmov özünü necə yandırdı - Prezident rektoru bu səbəbdən qovdu? / SensassiyaƏvvəlcə, Airbus-319A təyyarəsi ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə sərnişinlərdən birinin - nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız A.Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib.

Sual oluna bilər ki, bir nəfər bu qədər yüklə niyə səfərə çıxır. Mənbəmizin məlumatına görə, haqqında danışdığımız yük adi yol çemodanları yox, hörmətli akademikin və onun səfir oğlunun şərab biznesinə aid çəlləklər imiş. Sən demə, şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılır.

Lakin A. Məhərrəmovu "yandıran" səbəb onun diribaş biznesmen olması, hörmətli şeyxin təyyarəsini özünün yükdaşıma nəqliyyat vasitəsi hesab etməsi yox, Madridin "Eurostar Madrid" otelinin restoranında adını çəkmək istəmədiyimiz millət vəkillərindən biri ilə yeyib-içdiyi vaxt saldığı dava-dalaşdır. Əldə etdiyimiz məlumata görə, gətirdiyi şərablardan və cürbəcür ispan içkilərindən qəbul etdikdən sonra hörmətli akademik bəziləri ilə "haqq-hesab çürütmək" fikrinə düşüb. "Haqq-hesab" o qədər səs-küylü və aqressiv olub ki, nəinki restoran və oteldəkilər, hətta ətraf məhəllələrdə yaşayan sakinlər də narahat olublar. Yalnız ispan polisi işə qarışdıqdan sonra dava-dalaş dayanıb və bardakı hörmətli həmvətənlərimiz dağılışıblar.

Bəs A.Məhərrəmovu özündən çıxaran o məşum səbəb nə imiş? Deyilənə görə, Azərbaycanın İspaniyadakı səfiri, hörmətli akademikin oğlu Anar Məhərrəmovla şeyxin qudası Əli Evsen adlı iş adamı arasında olan ixtilaflar ucbatından baş verən bəzi "hörmətsizlik"lər onu özündən çıxarıb. Abel müəllimin fikrincə, Əli Evsen ona və oğluna lazımi diqqət göstərməyib. Hətta Abel müəllim o gecə qeyzlənərək lovğa-lovğa söyləyirmiş: "BDU elə-belə yer deyil. Minlərlə gəncin, yüzlərlə ziyalının toplaşdığı bir müəssisədir. Əgər mən istəsəm onların gücü ilə bir anda ölkədəki sabitliyi poza bilərəm." Mənbəmizin verdiyi məlumata görə, A.Məhərrəmov hətta şeyxi gecəyarı qaldığı nömrədən çıxararaq qudasına "tərbiyə" verməsi" tələbi ilə restorana gətizdirib.

Səfər iştirakçılarından birinin dediyinə görə, o gecənin səhəri tədbirin keçirildiyi salonda da utandırıcı anlar yaşanıb. Hələ də özünə gələ bilməyən Abel müəllim, çıxış edərkən olduqca yayğın olub, məntiqsiz və rabitəsiz sözlər səsləndirib. Mənbəmizin dediyinə görə, orada olan yerli və xarici jurnalistlər, ötən gecə baş verənlərdən xəbərdar olan konfrans iştirakçıları öz aralarında pıçıldaşaraq, onun hələ də ayılmadığını deyir və rişxəndlə gülürdülər.

Bütün bunlardan sonra yəqin ki, A.Məhərrəmov özünün və oğlunun taleyini həll edib. Daha bundan sonra minlərlə tələbənin oxuduğu və çoxsaylı ziyalının işlədiyi BDU ona etibar edilməyəcək. Atalar demişkən artıq tamah baş yarar. Abel müəllimin də tamahı özünün və oğlunun başını beləcə yardı.

P.S. İndicə aldığımız məlumata görə ölkə başçısı Abel Məhərrəmovu BDU-nun rektoru vəzifəsindən azad edib. Bax beləcə, Abel Məhərrəmov da vüsala qovuşdu...

"Musavat"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7063   Tarix: 15 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0
.

"Gəlinimə səsimi də ucalda bilərəm"

"Oğlum Adili evləndirib, gəlini evə gətirdim. Bundan sonra 3 ay onlarla yaşamadım. Onlara ara-sıra baş çəkirdim ki, bilim evdə nə edirdilər. Gəlinin mənə olan əzizləməyini gördüm. Bundan sonra qərar verdim ki, tez-tez onlara baş çəkəcəyəm. Yalandan deyirdim ki, səhər efirə gedəcəyəm, amma tezdə

10:18 0
.

İnsult keçirən Əməkdar artist xəstəxanadan evə buraxıldı

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə "Report"a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub:. "O, səhhəti yaxşılaşdığında

27.03.2024 300
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

12:47 0
.

"Öyle bir geçer zaman ki" serialının aktyoruna ağır itki

"Öyle bir geçer zaman ki" serialında Ali kaptan rolu ilə tanınan aktyor Erken Petekkayaya ağır itki üz verib. xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşıb. Aktyorun atası Akın Kaya bu gün səhər vəfat edib

27.03.2024 404
.

Ağalarovlar terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırdılar

Araz və Emin Ağalarovlar Moskvada "Crocus City Hall"da törədilən terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırıblar. Konsert zalının adını daşıyan Müslüm Maqomayev Fondunun vəsaiti də yardım üçün istifadə olunacaq. Qeyd edək ki, "Crocus City Hall"un konsert zalınd

27.03.2024 319
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

14:55 0
.

Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 18-ci günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir. İmsak duası:. "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi:

27.03.2024 276
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27.03.2024 275