Əli Həsənovla bağlı şok məlumat - 2 milyard manat mənimsəyib

Əli Həsənovla bağlı şok məlumat - 2 milyard manat mənimsəyib"Qaçqınkom"da aparılan yoxlama nəticəsində müdhiş maxinasiyalar üzə çıxıb.

Prezident seçkilərindən sonra Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən çıxarılan Əli Həsənov ciddi problemlə üzləşib. Sabiq komitə sədrinin ötən dövrdəki fəaliyyəti araşdırılıb və külli miqdarda yeyintiyə yol verdiyi üzə çıxıb.

BiG.AZ xəbər verir ki, bu barədə "Unikal" qəzetinə məlumat verən mənbənin sözlərinə görə, üzə çıxan maxinasiyalar Ə.Həsənovun milyonlarla deyil, daha böyük məbləğdə dövlət vəsaitinin mənimsədiyini sübuta yetirib. Məlumatlı şəxs onu da bildirib ki, həm köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına ayrılan pullardan, eləcə də mənzil tikintisindən ümumilikdə 2 milyard manat vasait "yoxa çıxıb".

Müsahibimizin sözlərinə görə, məsələ Prezidentin də nəzarətində olduğundan bu günə kimi həyata keçirilən bütün layihələrin detalları araşdırılıb:

"Bildiyiniz kimi, Prezident bu məsələ ilə bağlı sonuncu müşavirədə də sərt reaksiyasını verdi. Xüsusən də mənzil tikintisi və paylanması prosesində mövcud neqativliklərə toxundu. Məlum çıxışdan sonra ciddi yoxlama aparılır və nəticə həqiqətən də dəhşətlidir. Əslində, Əli Həsənovla bağlı narazılıqlar xeyli müddətdir davam edirdi. Bir müddət öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində baş verən neqativliklərlə bağlı mediada və parlamentdə müzakirələr gedirdi. Hətta deputatlar Çingiz Qənizadə və Hikmət Babaoğlu da bu məsələ ilə bağlı rezonans doğuran açıqlamalar vermişdilər. Deputat Çingiz Qənizadə məcburi köçkünlərin işıq, qaz, su ödənişlərinin mərkəzləşmiş qaydada edilməsinin korrupsiyaya yol açdığını bildirmişdi. O, konkret faktlarla çıxış edərək bildirmişdi ki, 2012-2015-ci illər ərzində 100 minlərlə manat dövlət vəsaiti məcburi köçkünlərin kommunal xidmətlərinin ödənməsi adı altında yoxa çıxıb, bu faktlar Hesablama Palatasının hesabatlarında da öz əksini tapmışdı".

Xatırladaq ki, məcburi köçkünlərin işıq, qaz və sudan istifadəsində güzəştlər, yəni müəyyən limit var. Həmin ödənişləri isə xidmət təşkilatlarına dövlət büdcəsindən ayırmalar hesabına mərkəzləşmiş qaydada "Qaçqınkom" həyata keçirir. Araşdırmalar zamanı isə bəlli olub ki, təkcə 2014-cü ildə "Qaçqınkom"da bu məsələdə 250 min manat civarında yeyinti mövcuddur. Amma bu rəqəm qısa müddəti əhatə edirdi. Yəni, uzun illəri hesablasaq, rəqəmlər həqiqətən çox böyükdür. Yəni, ümumilikdə, bu ilin aprelinə qədər həyata keçirilən layihələrdən də külli miqadarda vəsait mənimsənilib.

Onu da nəzərə çatdıraq ki, Əli Həsənovun fəaliyyətinin araşdırılması zamanı üzə çıxan 2 milyardlıq yeyinti ilə bağlı ciddi cəzalandırmanın olacağı gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1964   Tarix: 15 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191