51 yaşlı fenomenin HEYRƏTAMİZ CAVANLIQ SİRRİ - FOTO

51 yaşlı fenomenin HEYRƏTAMİZ CAVANLIQ SİRRİ - FOTOBəzən bizdə elə təəssürat yaranır ki, Asiya torpağında, yeməklərində və ya havasında sirli nə isə var. Çünki bəzi sakinləri yaşlarından qat-qat cavan görünürlər. Qocalmaq sözü onlara tamamilə yaddır.

BiG.AZ publika.az-a istinadən bu yazıda oxucuları əvvəllər model kimi fəaliyyət göstərən, hazırda isə fotoqraf kimi çalışan 51 yaşlı Çuando Tanın gənclik sirləri ilə tanış edir. Gündən-günə cavanlaşan Tanın gənclik sirri ilə tanış olmağa dəyər.

Sinqapurlu Çuando Tan 1980-cı illərdə model kimi çalışıb, 1990-cı ildə isə o, müğənnilik edib. Amma onun səhnə karyerası çox uzun çəkməyib, ona görə də Tan özünə başqa məşğuliyyət seçib. Artıq neçə ildir ki, fotoqrafiya ilə məşğul olan Tan sosial şəbəkələr sayəsində məşhurlaşıb:

"Dostumun məsləhəti ilə İnstaqramdan qeydiyyatdan keçdim, axı fotoqraf sosiallıq baxımdan aktiv olmalıdır. Hesabın aktivləşməsi üçün özümün bir neçə fotosunu yüklədim və beləcə məşhur oldum".

Sosial şəbəkə istifadəçiləri dərhal seziblər ki, Tan heç dəyişmir və heç də 51 yaşında görünmür. Bəziləri hesab edir ki, məsələ genetikadır. Digərləri isə Tanın gənc qalmasını yaşadıqları yerlə əlaqələndirir. Məsələ ondadır ki, Sinqapurda hava çox təmizdir, mətbəxi faydalıdır, qidaları keyfiyyətlidir, tibb isə onlarda yaxşı inkişaf edib.

Səhərlər 6 yumurta yeyir

Tan "Siz nə yeyirsinizsə, ondan ibarətsiniz" prinsipinə əsaslanır və hesab edir ki, bədənin xarici görünüşünün vəziyyəti 70% yeməkdən, 30% isə hərəkətdən asılıdır. Ona görə də o, hər səhər bərk bişmiş 6 yumurta sarısı yeyir. Həmçinin bəzən bir stəkan süd, giləmeyvə ilə avokadoya da üstünlük verir. Bu, günə enerji ilə başlamaq üçün bədəni zülal ehtiyatı ilə təmin edir.

Yumurtadan əlavə gün ərzində toyuq əti ilə düyü, buxarda bişmiş tərəvəz, göyərti və balıq şorbası yeyir. "Dondurma zəif yerimdir, bəzən özümə icazə verirəm, amma onu yalnız günün birinci yarısında yeyirəm" , - deyə fotoqraf bildirib. O həmçinin qəhvə və çaydan qaçır, amma çoxlu su içir. Siqaret çəkmir, spirtli içkilər qəbul etmir, axşama yaxın təzə göyərtidən hazırlanan salat yeyir.

Məşqlərə bütün gün ərzində təxminən 90 dəqiqə sərf edir

Həftədə 4 dəfə (və ya heç olmasa 3 dəfə) Tan idmanla məşğul olur. Güc məşqi üçün həmişə kardio ilə məşğul olur, dizindəki zədə üzündən qaça bilmir, əvəzində qaçış cığırında sürətlə gəzir. Eləcə də hər gün üzgüçülüklə məşğul olmağa çalışır: Axşamlar hovuza gedir və təxminən bir saat üzür.

Sadəcə sevdiyi işlərlə məşğul olur!

Ola bilsin ki, bu, bayağı səslənir, amma nə qədər insan sevdiyi işlə məşğul ola bilir? Bəlkə, bu cavanlıq sirridir? Axı məşğul olduğumuz hər iş psixologiyamıza, deməli, həm də bütün orqanizmə təsir göstərir.

"Mən çoxlu müxtəlif işləri yoxladım və sonda həqiqətən də xoşuma gələn iş üzərində dayandım. İnsanları və onlarlıa ünsiyyət qurmağı, çəkiliş təyin etməyi və şəkil çəkməyi sevirəm. evdiyimiz hər hansı işlə məşğul olsanız, özünüzü daim pis hiss edəcəksiniz, şübhəsiz ki, bu, səhhətinizə təsirsiz ötüşməyəcək", - deyə Tan etiraf edib.

Dəri üçün baxım kremlərindən istifadə etməyin!

Bəziləri hesab edirlər ki, sinqapurlu fotoqraf ya plastik əməliyyat etdirib, ya da açıq-aşkar hansısa kosmetikadan istifadə edir. Lakin o, bütün bunları inkar edir: "Dərim çox həsssasdır, odur ki, yalnız 2 vasitədən istifadə edirəm: duş üçün gel və üzü nəmləndirmək üçün krem".

Bir dəfə ona botoks seansı hədiyyə edilib, amma effekt xoşuna gəlmədiyindən o, daha kosmetoloq yanına getmir. Ancaq Tan etiraf edir ki, saçlarını boyayır, çünki dənlər özünü büruzə verir.

Gec saatlarda vanna qəbul etmir

Əslində o, hər gün sonra 23:00-dan gec yatağa girməməyə və ümumiyyətlə səhərlər tez durmağa çalışır. Tan əmin edir ki, gecə işi və ya gecə yarıya qədər filmlərə baxış sağlamlığa xeyir gətirmir. Möhkəm yuxu üçünə o, yatmazdan 5-6 saat qalmış yemək qəbulunu dayandırır.

"İnanın ki, erkən yuxu çox şeyə dəyər. Tez yatsanız, səhər yuxudan oyandıqdan sonra bütün işlərinizi görməyə vaxtınız olacaq, nəinki gecə yarıya qədər işləmək".

Və sirri nədədir?

Hər şey sadədir: Sevimli iş, düzgün qidalanma, dəyərli yuxu və idmanla məşğul olmaq. Pavel Durov, Cared Leto, Kris Evans, Marqo Robbi kimi bir çox digər məşhur insanlar da eyni rejim sayəsində cavan qala bilib. Razılaşın ki, onlar hamısı öz yaşından xeyli cavan görünür, iddia edirlər ki, plastik əməliyyatlar etməyiblər... Amma kim bilir... Bəs siz bu barədə nə düşünürsünüz?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 794   Tarix: 15 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168