Azərbaycanda vulkan təhlükəsi – Proqnoz

Azərbaycanda vulkan təhlükəsi – ProqnozAbşeron yarımadasında Bozdağ Qobu vulkanı püskürsə, ətrafında yaşayış binaları təhlükə altında qala bilər.

BiG.AZ xəbər verir ki, bunu oxu.az-a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda iki vulkan püskürüb:

"Mən yaxın aylarda altı palçıq – Abşeron yarımadasında Bozdağ Qobu, Ələt qəsəbəsində Bahar, Qobustanda Şəkixan, Nardaranaxtarma, Ayazaxtarma, Şıxzərli vulkanlarının püskürməsinin ehtimal olunduğu proqnozunu vermişdim. Qobustanda olan Şəkixan və Ayazaxtarma vulkanları artıq püskürüb. Bunların püskürməsi qorxulu deyil.

Yaxın aylar ərzində də dörd palçıq vulkanının püskürəcəyi gözlənilir. İki palçıq vulkanı var ki, onların püskürməsi qorxuludur. Abşeron yarımadasında Bozdağ Qobu vulkanının püskürməsi çox qorxuludur.

O püskürsə, ətrafında yaşayış binaları təhlükə altında qala bilər. Həmin binalar vulkanın mərkəz hissəsinə yaxın yerləşir. Digər tərəfdən, ora yaşayış binaların sakinləri tərəfindən də zibillənir.

İnsanlar məskunlaşan zaman vulkana yaxın ərazidə ev tikməməlidirlər. Bozdağ Qobu vulkanı sonuncu dəfə 1999-cu ildə püskürən zaman çat əmələ gəlmişdi. 1200 metr uzunluğundakı o çat Hökməli qəsəbəsində yerləşən üç binaya çatmışdı. Həmin ərazidə qorxulu vəziyyət yarandığı üçün sakinləri köçürmüşdülər. İndi Hökməli qəsəbəsində də vulkan ətrafında böyük bir yaşayış massivi əmələ gəlib, amma bu çox təhlükəlidir".

Adil Əliyev bildirib ki, Ələt qəsəbəsindəki Bahar vulkanında püskürmə güclü ola bilər, amma Bozdağ Qobu kimi qorxulu deyil:

"Çünki ətrafında yaşayış binaları yoxdur. Bu vulkan püskürərsə, geniş əraziyə yayılacaq. Azərbaycanda hər il quru sahələrdə iki-üç vulkan püskürməsi baş verir.

Bəzi illərdə seysmikliyin artması ilə əlaqədar palçıq vulkanlarının da püskürməsi halları artır. 2011-ci ildən Azərbaycanda palçıq vulkanlarının püskürməsi baxımından vəziyyət sakit idi. Ötən il isə aktivləşmə müşahidə edilib".

Professor qeyd edib ki, palçıq vulkanlarının ətrafında aparılan qazıntı işləri onların süni şəkildə püskürməsinə şərait yaradır:

"İnsan amili nəticəsində bəzi palçıq vulkanları süni şəkildə püskürüb. 2000-ci ildə Ceyranbatan su anbarının yaxınlığındakı Keçəldağ vulkanı püskürmüşdü. Vulkanın kraterinin ətrafında boru xəttinin çəkilməsi zamanı qazıntı işləri aparılıb və onun püskürməsi süni baş verib".

Qeyd edək ki, 2017-ci ilin birinci yarısında yeddi vulkan püskürüb. Abşeron yarımadasında – Otmanbozdağ, Lökbatan, Keyrəki, Şamaxı-Qobustan rayonunda isə Bozaxtarma, Şixzərli, Qarıca və Şəkixan vulkanları püskürüb.

Həmin aktivliyin davamı bu il də müşahidə edilib. Belə ki, bu il Şamaxı rayonunda Quşçu, Cənubi Qobustanda Torağay (iki dəfə), Hacıqabulda Axtarma-Paşalı, Qaradağda Otmanbozdağ vulkanları püskürüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 683   Tarix: 15 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) BİG.AZ-a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17.04.2024 533
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 336
.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18.04.2024 222
.

"Ermənistan rəhbərliyinin addımını dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun"

"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir. İlin günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendlər

18.04.2024 196
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 458
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18.04.2024 380
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 257
.

3 avtomobilin iştirakı ilə baş verən qəza - VİDEO

Türkiyənin Kayseri şəhərində 3 avtomobil iştirakı ilə zəncirvari qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb. Hadisənin baş vermə səbəbləri məlum deyil. Qəzanın baş vermə səbəbi məlum deyil. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb

18.04.2024 353
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 217