Meymun 12 günlük körpənin ölümünə səbəb oldu - DƏHŞƏT

Meymun 12 günlük körpənin ölümünə səbəb oldu - DƏHŞƏT
Hindistanda meymun 12 günlük körpənin ölümünə səbəb olub.

Uttar Pradeş əyalətində meymun evə girib anasının əmizdirdiyi Aruş adlı körpəni qaçırıb. Ananın çığırtısını eşidən qonşular uşağı xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər.
Körpənin atası açıqlamasında "Evin qapısı açıqdı. Həyat yoldaşım oğlumuzu əmizdirərkən meymun evə girib və körpəni boynundan tutaraq qaçırıb. Bir müddətdən sonra meymun onu qonşunun evinin damına buraxıb. Ancaq təəssüf ki, artıq gec idi, oğlumuzun nəbzi atmırdı"- deyib.

Qeyd edək ki, körpə iki ildir evli olan cütlüyün yeganə övladı idi.

mənbə: metbuat.az

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1311 Tarix: 14.11.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol