"Başa düşmədim ki, Allah atamı məndən niyə aldı..." - Dilarə

"Başa düşmədim ki, Allah atamı məndən niyə aldı..." - Dilarə
12 yaşımda atam rəhmətə getdi, mənim üçün böyük şok yaşandı. Çünki atamı özümdən də çox istəyirdim. O, öləndən sonra Allahdan küsdüm. Başa düşmədim ki, atamı məndən niyə aldı...

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova "Altın Kelebek" mükafat mərasimi çərçivəsində lentə alınan "Böyük dəyişim" adlı sənədli filmdə danışarkən bildirib. O, verilişdə atasının vəfat etməsindən sonra çətin günlər yaşadığını qeyd edib: "17 yaşıma kimi özümü tapa bilmədim, çox kədərli idim. 2-3 il qəbiristanlığa daimi olaraq getdim. Elə bilirdim ki, məni ancaq o başa düşür".

Dilarə efirdə uşaqlaqlıq xatirələrində də söhbət açıb: "6 yaşım var idi, atam məni xareoqrafiya məktəbinə yazdırmaq istədi. Ayaqlarım çox kiçik olduğundan məni balerina kimi götürmədilər. Dedilər ki, bir il sonra gələrsiz. Milli rəqslərə getməyimi təklif etdilər.

Atam musiqini çox sevirdi. İstəyirdi ki, incəsənətlə məşğul olum. Böyük bağımız var idi, oradaUitni Hyustonun mahnılarını oxuyurdum. Bütün qonşular başıma toplaşırdı, hətta mahnı da sifariş verirdilər".

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1173 Tarix: 14.11.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol