Mübariz İbrahimovun anası sağdır — EVİNDƏN FOTO

Mübariz İbrahimovun anası sağdır — EVİNDƏN FOTO
İki gün öncə ölüm xəbəri yayılan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anası Şamama xanım sağdır.

BiG.AZ xəbər veriri ki, Müşfiq Malik adlı sosial şəbəkə istifadəçisi qəhrəmanın ailəsinə baş çəkib və bunları yazıb:

"Milli qəhrəman Mübariz İbrahimovun ata yurdunda qonaq oldum, anası Şamama xalanı ziyarət etdim. Şamama anamızı sağlam gördüm, çox sevindim. O, bizimçün Mübarizin əmanətidir. Xalqımızın narahat olduğunu söylədim, o, da hər kəsə, minnətdarlığını və salamlarını çatdırdı. Mübarizin atası Hacı Ağakərim dayı ilə də söhbətləşdik, olanlardan, keçənlərdən danışdıq. Allah sizi bu millətə çox görməsin, əziz və dəyərli insanlar, Mübarizin yadigarları. Yanımızdakı bala qız da Mübarizin qardaşı Rəşadın qızıdır. Allah saxlasın, bu balanı da".

Qeyd edək ki, bəzi saytlar qəhrəmanın anasının ölüm xəbərini yaymışdılar.
Mübariz İbrahimovun anası sağdır — EVİNDƏN FOTO
Mübariz İbrahimovun anası sağdır — EVİNDƏN FOTO

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3156 Tarix: 14.11.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol