"Opera Software" şirkəti yeni, "Opera 12" beta versiyasını çıxardı

Şirkətin rəsmi bloquna istinadən bildirir ki, "Opera 12"-də vicetləri brauzerdən kənarda açmağa imkan verən "Widgets" funksiyasından və brauzerin daxilində fayllarla mübadiləyə və onlayn musiqiyə qulaq asmağa imkan verən "Unite"dən imtina olunub.

"Opera 12"dən başlayaraq "Widgets" və "Unite" yeni istifadəçilər üçün bəribaşdan qapalı olacaq. Brauzerin ilin sonunadək çıxacaq yeni relizində hər iki funksiya birdəfəlik ləğv ediləcək.

Bundan başqa, "Opera" brauzerində səsi tanıma, səsin mətnə çevrilməsi və "VoiceXML" funksiyaları da artıq sayılacaq.

"Opera 12"nin yenilikləri arasında brauzerin zahiri görkəmini dəyişən daha yaxşı "mühərrik", HTML5-də obyektlərin yerlərini dəyişmək imkaen və saytlara istifadəçinin davranışını güdməyi qadağan edən "Do Not Track" funksiyaları da var.

Yeni "Opera"da brauzer və plaginlərin prosesləri də ayrılıb. Belə ki, "Adobe Flash" və ya "Apple QuickTime" ilə bağlı proqramlar brauzerin "sönməsi"nə səbəb olmayacaq.

Opera 12
Yüklə | Download | Скачать

BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 7541   Tarix: 01 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040