Daş üstündə daş qalmayacaq - Sarkisyandan Paşinyana Qarabağ TƏHDİDİ

Daş üstündə daş qalmayacaq - Sarkisyandan Paşinyana Qarabağ TƏHDİDİ
Ermənistanın keçmiş prezidenti, Respublika Partiyasının rəhbəri Serj Sarkisyan Nikol Paşinyan hakimiyyətini təhdid edib.

Noyabrın 11-də Respublika Partiyasının iclası keçirilib.

“Qraparak” qəzeti yazır ki, iclasda dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edilib.

İclasda çıxış edən Serj Sarkisyan deyib ki, “əgər hakimiyyət ölkənin maraqlarını qorusa, birmənalı olaraq biz dəstək verəcəyik, əgər bu olmasa, onda daş üstündə daş qalmayacaq. Güzəşt etməyəcəyik və sona qədər mübarizə aparacağıq”.

Qəzet yazır ki, Sarkisyanın “daş üstündə daş qalmayacaq” sözləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır.

Paşinyana yaxın media isə Sarkisyanı hakimiyyətdə olarkən əraziləri qaytarmaq istəməkdə ittiham edib.

mənbə: publika.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1235 Tarix: 13.11.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol