"START" Festivalı "CinemaPlus"da Cəfər Pənahinin "Üç üz" filmini nümayiş etdirəcək

"START" Festivalı "CinemaPlus"da Cəfər Pənahinin "Üç üz" filmini nümayiş etdirəcək"CinemaPlus" kinoteatrında 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX "START" Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin "Üç üz" filminin Azərbaycan premyerası baş tutacaq.

71-ci Beynəlxalq Kann kinofestivalında "Ən yaxşı ssenari" nominasiyasının qalibi olmuş film yalnız bir gün- 16 noyabr saat 19:00-da ekskluziv olaraq "CinemaPlus Gənclik Mall"da nümayiş olunacaq.

Azərbaycan əsilli iranlı kinorejissorun yeni filmi patriarxal mühitdə aktrisaların üzləşdiyi çətinliklərdən bəhs edir. Filmdə həyatının müxtəlif etapını yaşayan üç iranlı aktrisanın portreti yaradılıb. Onlardan biri karyerasını yarımçıq başa vurub, digəri şöhrətin zirvəsindədir, üçüncü qəhrəman isə aktrisa olmaq arzusundadır. Amma mühafizəkar ailəsi onun istəyinə qarşı çıxır. Gənc qız dəstək almaq məqsədilə ölkənin məşhur aktrisasına müraciət edir. Aktrisa kinorejissor dostu ilə birgə qızın yaşadığı kəndə yola düşür.
Filmdə əsas rolları İranın tanınmış aktrisası Bəhnas Cəfəri və Cəfər Pənahinin özü ifa edir. Əslən azərbaycanlı olan rejissor digər filmlərində olduğu kimi bu ekran əsərində də ana dilinə geniş yer verib. Ölkəsində ev dustaqlığına məhkum edilən sənətkara 20 il ərzində film çəkmək qadağası da qoyulub. Buna baxmayaraq, "Üç üz" filmi rejissorun cəza kəsiləndən sonra çəkdiyi sayca dördüncü filmidir. Kann, Berlin, Venesiya, Lokarno kimi festivalların mükafatçısı olan rejissor müsahibələrinin birində deyir: "Kinematoqrafçının film çəkməməsi onun zindanda olmasına bərabərdir".
"START" Beynəlxalq Qısa Filmlər Festivalı və "CinemaPlus"un əməkdaşlığı ilə reallaşacaq "Üç üz" filmin nümayişinə giriş 5 azn təşkil edəcək.
Festivalın müsabiqə proqramına qatılan digər filmlərin nümayişi isə ödənişsizdir. Filmlər 14, 15, 16, 17 noyabr saat 12:00-dan 16:00-dək "CinemaPlus 28 Mall"-da nümayiş olunacaq.
Qeyd edək ki, IX "START" Beynəlxalq Qısa Filmlər Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "SİNEMA" Gənc Kinematoqrafçılar Mərkəzi təşkilatçılığı ilə keçirilir.
"CinemaPlus" kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Kino   Baxılıb: 313   Tarix: 13 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kənan MM-in xanımı Aygün türkiyəli məşhurla bir arada- FOTO

Kənan MM-in xanımı Aygün MM sosial şəbəkədə yeni foto paylaşıb. xəbər verir ki, ifaçının fotosunda türkiyəli məşhur müğənni Mahnsun Kırmızıgül də yer alıb. O fotoya belə şərh verib:. "13 ildən sonra yenidən geri dönüş və möhətəşəm musiqilər albomda yer alacaq və bir də böyük sürpriz sizlər üçün

20.11.2019 4642
.

Azərbaycanın ilk internet serialı-"Sayrışan işıqlar"ın tanıtımı paylaşıldı

Azərbaycan Film Akademiyasının istehsalı olan və tibbdən bəhs edən "Sayrışan işıqlar" serialının əsas tanıtımı paylaşıldı. xəbər verir ki, "Sayrışan İşıqlar" tibbi serialı Azərbaycanda ilk internet seriali olmaqla yanaşı Azərbaycan kino sahəsində özünəməxsusluğu ilə digər Azərbayca

06.12.2019 668
.

Azərbaycanda kino sahəsində yenilik-AÇIQLAMA

Bir qrup kino adamı Azərbaycan kinosunun inkişafı naminə "Müstəqil Kino Platforması" təsis edib. xəbər verir ki, bu barədə məlumat verən rejissor Elvin Adıgözəl bildirib ki, Aygün Aslanlı, Elvin Adıgözəl, İntiqam Hacılı, Hacı Səfərov, Səbuhi Məmmədov və digərləri – səlahiyyətli orqanlara "ölkəd

27.01.2020 487
.

"Film heç vaxt romanı tamamlamır" - Aqil Abbas "Dolu" filminindən DANIŞDI

Bu il ölkəmizdə Xocalı faciəsinin 28-ci ildönümü qeyd olunur. Bununla bağlı təşkil olunan tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir. Eyni zamanda televiziya kanallarında Xocalı soyqırımını

25.02.2020 587