Göz hərəkəti ilə idarə edilən televizor hazırlanacaq

Göz hərəkəti ilə idarə edilən televizor hazırlanacaq

“Samsung” şirkətinin “Ponty” layihəsi yeni televizor sahiblərinə onların işini beyin vasitəsilə idarə etməyə imkan verəcək. Sistem tamaşaçıya kanalları və səsin ucalığını tənzimləməyə şərait yaradacaq. Texnologiyanın hazırlanmasında İsveçrə neyroprotezləşdirmə mərkəzinin alimləri iştirak edirlər. Yeni televizor prototipi San-Fransiskoda keçirilən konfransda nümayiş olunub.

BiG.AZ “ictnews.az” -a istinadən yazır ki, Cənubi Koreya istehsalçısının əməkdaşı bildirib ki, layihə sağlamlıq vəziyyətinə görə hərəkət edə bilməyən insanların həyatını asanlaşdırmaq məqsədi daşıyır: tamaşaçı sevimli verilişi göz hərəkəti ilə seçə biləcək.

Hazırda alimlər insanın bu və ya digər filmə baxmaq istəməsi zamanı onun necə reaksiya verməsini anlamaq üçün beyin dalğaları nümunələrinin öyrənilməsi ilə məşğuldurlar. Bunun üçün mütəxəssislər tərəfindən tamaşaçının başına xüsusi gel yaxdıqdan sonra işləyən xüsusi sensor kaska yaradılıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 312 Tarix: 13.11.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol