Şəhid oğluna böhtan atan, Avropada gizlənən "qəhrəmanlar"a CAVAB

Şəhid oğluna böhtan atan, Avropada gizlənən "qəhrəmanlar"a CAVABArtıq bir neçə gündür ki, sosial şəbəkələrdə guya şəhid ailələrinin təhqir olunması və təyziqlərə məruz qalmaları barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Sosial şəbəkələrdə bir şəxsin fotosu paylaşılaraq " bu gün etiraz aksiyası keçirən Şəhid analarına hücum edən və Şəhidlərimizin şəkillərini analarının əlindən alaraq cırıb ayaqlar altına atan bu şəxsin şəklini paylaşın" kimi təhqirmiz ifadələr yer alıb.

BiG.AZ xəbər verir ki, femida.az həmin günü əslində nə baş verdiyini araşdırıb. Məlum olub ki, sosial şəbəkələrdə fotosu paylaşılan və şəhid ailələri ilə kobud rəftar etdiyi iddia edilən şəxs elə şəhid övladıdır. O, Şuşanın qətlə yetirilmiş icra başçısı Mikayıl Gözəlovun oğlu Müşfiq Gözəlovdur. O, hazırda Səbail rayon polis bölməsində rəis müavini vəzifəsində çalışır.

Bəs cəmiyyətdə çaşqınlıq yaratmaq, həqiqətə uyğun olmayan informasiyanın kökü haradan qaynaqlanıb?

Məlum olur ki, bu məlumatı ilk dəfə Hollandiyada yaşayan, mütamadi olaraq, anti-Azərbaycan çağırışlar edən, ölkəmiz haqqında xarici ölkələrdə qarayaxma kampaniyası aparan, sosial şəbəkələr vasitəsilə dövlətimizin imicinə zərbə vurmağa hesablanmış videolar yerləşdirən azərbaycanlı bloqqer Orduxan Teymurxan paylaşıb. Məqsədsə, aydındır. Bakıda dinc şəkildə keçirilən kiçik bir toplanışdan istifadə edərək gərginlik yartamaq və bundan öz məqsədləri üçün istifadə etmək.

Şəhid adından istifadə edib Şəhid oğluna böhtan atanlar...

Femida.az həqiqətləri üzə çıxarmaq üçün həmin gün çəkilmiş videogörüntüləri də araşdırıb. Elə müxalifət saytlarının yayımladığı görüntülərə istinadən qeyd edirik ki, həmin kiçik toplanış zamanı heç bir gərginlik, polislə toqquşma və insanlara qarşı fiziki təyziq olmayıb. Həmin Meydan TV-nin yayımladığı videodan da açıq-aşkar görünür ki, şəhərin mərkəzi hissəsi ilə qrup halda hərəkət edən şəhid ailələrinin üzvləri polislə qarşılaşan zaman heç bir gərginlik baş vermir. Hətta şəhid anası ilə kobud rəftar edildiyi iddia edilən polis əməkdaşı Müşfiq Gözəlov Şəhid anasına "anam, istəsəniz sizi öz maşınımla ünvana apararam" sözlərini işlədir. Həqiqəti üzə çıxarmaq məqsədi ilə həmin gün qeydə alınan görüntüləri təqdim edirik:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1800   Tarix: 13 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrailin Qəzzanın şimalına hücumu nəticəsində 13 fələstinli həlak olub

İsrail ordusunun Qəzza zolağının şimalındakı Şeyx Rıdvan bölgəsinə təşkil etdiyi hücumda 13 fələstinli həyatını itirib. xəbər verir ki, şahidlərin sözlərinə görə, Şeyx Rıdvan körpüsü yaxınlığında insanların internetə qoşulmaq üçün istifadə etdikləri nöqtəyə İsrail döyüş təyyarəsi tərəfindən raket hücum

17.04.2024 213
.

İsrail əsgərləri 2 fələstinlinin evlərini dağıtdı

İsrail əsgərləri Xebron şəhəri yaxınlığındakı Bani Naim yaşayış məntəqəsinə basqın edib. BİG.AZ xəbər verir ki, İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebronda partlayıcı maddələrlə saxlanılan 2 fələstinlinin evlərini dağıdıb. Evləri dağıdılan şəxslərin fələstinli türkmənlər Ahmed və Mahmu

17.04.2024 159
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

11:59 190
.

Türkiyədə qeyri-qanuni miqrantlar xilas edildi

Türkiyənin Muğla şəhərində miqrantları daşıyan qayıq batma təhlükəsi yaşanıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı qayıqda olan 25 nəfər xilas edilib. Bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı məlumat yayıb. Qeyri-qanuni immiqrantlar aidiyyatı şəxslərə təhvil verib

17.04.2024 246
.

Qəzada avtomobil 2 təkər oldu - VİDEO

Türkiyənin Kadıköy şəhərində avtomobil parkinq halında olan maşına dəyərək qəza edib. BİG.AZ xəbər verir ki, qəza zamanı sürücü yüngül xəsarət alıb. Qəza anı təhlükəsizlik kamerasına çəkilib

17.04.2024 401
.

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI

"Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir". Bununla bağlı -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Qeyd olunub ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnoz

11:33 790
.

Küçədəki itlərdən qaçan yaşlı qadın yıxıldı - VİDEO

Türkiyənin Ədirnə şəhərində yaşlı qadın küçədəki itlərdən qaçan zaman xəsarət alıb. BİG.AZ xəbər verir ki, mənzilə girməyə tələsən qadın yıxılaraq başından xəsarət alıb. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

17.04.2024 473
.

"Fransanın Azərbaycandakı səfirini geri çağırması Qərbdə anti-azərbaycançı qüvvələrin fəallaşmasının bariz göstəricisidir" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov bildirib ki, Fransanın Azərbaycan Respublikasındakı öz səfirini geri çağırması Qərbdə anti-azərbaycançı qüvvələrin fəallaşmasının bariz göstəricisidir:. "Adətən səfirlər dövlətlərarası munasibətlərd

17.04.2024 409
.

Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub

Xəbər verdiyimiz kimi, Bakıda müğənni Yaqut Həşimovanı qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı Anar Həşimov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və 17 il müddətə azadlıqdan məhrum edilib. Qaynarinfo-nun məlumatına görə, müğənnin

17.04.2024 1050