23 yaşlı futbolçunu öldürmək istədilər - şok səbəb

23 yaşlı futbolçunu öldürmək istədilər - şok səbəb
Kolumbiyanın "Deportivo Kali" klubunun futbolçusu Xuan Sebastian Kintero silahlı hücuma məruz qalıb.

BiG.AZ milli.az-a istinadən xəbər verir ki, komandanın uğursuz çıxışına görə azarkeşlər tərəfindən 23 yaşlı müdafiəçiyə sui-qəsd təşkil olunub. Motosikletli şəxslər Kinteronun maşınına 6 güllə atıblar. Xoşbəxtlikdən gənc futbolçu sağ qalıb. Onun atası da hadisəni təsdiqləyib:

"Axşam yeməyinə gözləyirdik. Bir dostu zəng edərək hadisə ilə bağlı məlumat verdi. Qardaşı da maşının içində idi. Sağ olaraq qurtulmaqları möcüzədir".

Qeyd edək ki, "Dportivo Kali" Kolumbiya çempionatnı 10-cu pilədə başa vurub və çempionluq uğrunda mübarizə aparmaq şansını itirib. Mövsümü ilk 8 pillədə başa vuran komandalar isə çempionluq yarışını davam etdirəcəklər.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 259 Tarix: 13.11.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol