İmtina edə bilmədiyimiz plastiklər - Bu məhsulların tərkibi nələrdən xəbər verir?

İmtina edə bilmədiyimiz plastiklər - Bu məhsulların tərkibi nələrdən xəbər verir?Alimlər plastik qab-qacaq və polimer torbaların insan sağlamlığına ziyanları barədə xəbərdarlıq edir. Hazırda dünyanın bir çox ölkəsində bu barədə müəyyən tədbirlər görülür. Ölkəmizdə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə məhsullarla bağlı müxtəlif ölkələrin təcrübələrini öyrənir və tətbiq edir.

Bəs plastik qablardan düzgün istifadə qaydalarını bilirikmi? Ümumiyyətlə, belə qablarda məhsullar alarkən nələrə fikir verməliyik?

Qeyd etmək lazımdır ki, bu qabların etiketləri üzərində hər zaman onların məhz hansı növ plastikdən hazırlandıqlarına dair qeydlər olur. Çox zaman əhəmiyyət vermədiyimiz, oxumadığımız bu məlumat, əslində, çox vacibdir. Məsələn, hansı su butulkasının birdəfəlik istifadə üçün olduğu, hansının tərkibində daha çox plastmas olduğunu və s. buradan öyrənə bilərik.

Plastik qabların və paketlərin hazırlanmasında müxtəlif tərkibli maddələr və plastmaslardan istifadə edilir. Alacağınız və ya saxlayacağınız məhsula uyğun plastiklərin hazırlanmasının bir neçə forması var:
İmtina edə bilmədiyimiz plastiklər - Bu məhsulların tərkibi nələrdən xəbər verir?Sərinləşdirici içkilər, ketçuplar, bitki yağları, kosmetik vasitələr və s. məhsulların saxlanması üçün nəzərdə tutulan PET (polietilen tereftalat) növü.

Bu, dünyada ən çox istifadə olunan plastmas növüdür. Yalnız bir dəfə istifadə üçün nəzərdə tutulub. Fərqləndirici xüsusiyyəti ucuz olmasıdır. Bu növ plastikin istehsalı xüsusi xərclər tələb etmir. Plastikin belə növündən yalnız bir dəfə istifadə etmək olar. Əgər belə butulkaya ikinci dəfə su töksəniz, o zaman orqanizmə bəzi qələvi maddələr (ftalat) və olduqca çox miqdarda bakteriyalar qarışa bilər. Bu maddə isə zəhərli olduğundan, əsəb və ürək-damar sisteminin ciddi xəstəliklərinə səbəb ola bilər.

Plastik paketlərin, birdəfəlik qab-qacaq, qida konteynerləri, yuyucu və təmizləyici vasitələr, süd və konteyner üçün paketlər hazırlanan HDP və ya HDPE (yüksək sıxlıqlı polietilendir) növü.

Demək olar ki, ən yaxşı plastik sayılan və zərəli maddə yaymayan plastmas sayılır. Bu növdən hazırlanmış qablarda su alıb istifadə etmək daha təhlükəsiz hesab edilir. Lakin formaldehid adlı zəhərli maddə ifraz edə bilər. Bu is əsəb, tənəffüs və cinsiyyət sistemlərini zədələyə, nəsildə genetik pozuntuya səbəb ola bilər.

Plastik pəncərələrin istehsalı, mebel elementləri, borular, süfrələr, texniki maye üçün konteynerlər və başqa texniki məqsədlər istehsalı üçün olan PVC və ya V (polivinilxlorid) növü.

Plastikin ən təhlükəli növlərindən biridir və qida istifadəsi üçün zərərlidir. Onların tərkibində bisfenol A, vinilxlorid, ftalat, həmçinin kadmium var. Yandırma vaxtı havaya çox təhlükəli və zəhərli kanserogen dioksinlər ifraz edir. Həmçinin onlar, demək olar ki, günəş şüalarının təsirinə və hava şərtlərinə qarşı dözümlüdür.

Paketlər, butulkalar, zibil kisələri, kompakt-disklər və linoleumun istehsalında istifadə olunan LDPE (aşağı sıxlıqlı polietilen) növü.

Bu növün kifayət qədər geniş yayılmasının səbəbi ucuzluğudur. Nisbətən təhlükəsizdir. Lakin bu materiallar yalnız su konteynerləri üçün təhlükəsiz hesab edilir. Plastik paketlər hazırlandıqda isə tərkibində çox sayda kimyəvi maddələr olur. Ona görə də, bu paketlərdə xüsusilə ərzaq məhsulları almaq məsləhət görülmür.

Qida konteynerləri, şpritslər və uşaq oyuncaqları və s. hazırlanmasında istifadə olunan PP (polipropilen) növü.

Bu növ ağ və ya yarımşəffaf rənglidir. Belə materialdan hazırlanan plastik məhsullar isidilən zaman əriməməsi və təhlükəsiz olmağı ilə fərqlənir. Möhkəm və istiliyə davamlıdır. Daha təhlükəsiz hesab edilir, lakin bəzi hallarda formaldehidi ifraz edə bilər.

Plastik kütlənin yoqurt üçün stəkanlar, ət qabları, tərəvəz və meyvə qutuları, sendviç-panellərin və istilik izolyasiyası lövhələrinin istehsalı üçün istifadə olunan PS (polistirol) növü.

Bu növ yüngül, bahalı olmayan və kifayət qədər dözümlü plastik sayılır. İsidildikdə tərkibindən xeyli sayda kimyəvi birləşmələr ayrıldığı üçün isti yeməklər üçün münasib sayılmır.

Plastiklərin ən təhlükəli növü PC (polikarbonat, poliamid və başqa növləri) hesab edilir. Onlardan uşaqlar üçün kiçik butulkalar, oyuncaqlar, su üçün butulkalar, qablaşdırmalar hazırlanır.

Hazırda su butulkalarının və qida konteynerlərinin istehsalı üçün istifadə olunsa da tərkibində insan orqanizmi üçün olduqca təhlükəli sayılan kimyəvi maddələr var. Yuma və ya qızma vaxtı bisfenol A (insanın orqanizmində hormonal nasazlıqlara səbəb olan maddə) ifraz edir.

Əgər istifadə qaydalarına düzgün əməl olunarsa, plastik məhsulların ziyanlarından nisbətən qorunmaq olar. Buna baxmayaraq istənilən plastik kütlədə orqanizm üçün olduqca təhlükəli maddələr var. Biz istənilən plastik növündən istifadə edər, lakin orqanizmdə hər hansısa bir dəyişikliklərin baş verdiyini hiss etməyə bilərik. Lakin bu gizli təhlükə qaçılmazdır.

mənbə: milli.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1437   Tarix: 12 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133