Bu qadınla sevgili olana pul mükafatı veriləcək - BİR ŞƏRTİ VAR

Bu qadınla sevgili olana pul mükafatı veriləcək - BİR ŞƏRTİ VAR

İngiltərənin ən gənc milyoner xanımı onu həqiqətən sevən adama ildə 60 min funt sterlinq ödəyəcək.

23 yaşlı Ceyn Park adlı milyoner xanım milyonçu olduqdan sonra sevgi münasibətlərində xoşbəxt olmadığını açıqlayıb. Bu səbəblə Ceyn onu ürəkdən sevəcək insana hər il 60 min funt sterlinq ödəyəcəyini deyib.

BiG.AZ “haberler.com”-a istinadən xəbər verir ki, bu barədə milyonerin bir yaxını məşhur “Daily Mirror” dərgisinə danışıb.

Həmin insanın sözlərinə görə, milyonçu Ceyn sevgi münasibəti yaşayan kişilərin onu, yoxsa pulunu sevdiklərindən əmin ola bilmir. Bu səbəbdən münasibətlərinə tez-tez son qoyan milyonçu tək yaşamaq məcburiyyətində qalıb .

Belə ki, milyonçu xanım ona sadiq olacaq insana illik 60 min funt sterlinq verəcək.
Qeyd edək ki, 17 yaşında lotoreyada 1 milyon dollar qazanan Ceynin televiziya şou ulduzu Sem Kallahan ilə sevgi münasibətləri olub.Sem onu başqasıyla aldatdıqdan sonra, onların münasibətləri bitmişdi.

Ülviyyə Mirzəyeva

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5521 Tarix: 13.11.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Filosofff
Filosofff 11.11.2018
Ewwi
Anhel
Anhel 11.11.2018
Yenede sevgini pulla almış olacaq ,çox agılsızdı hissler nece pula satıla bilerki onu anlamadım