Dünya su altında qala bilər (VİDEO)

Dünya su altında qala bilər (VİDEO)Dünya okeanında və lokal hövzələrdə, göllərdə və çaylarda suyun səviyyəsinin artması davam edir.

Sən demə, buzlaqların altındakı isti sulu dəniz cərəyanları onları əridir və səviyyəsini aşağı salır.

Britaniya Antarktida Xidmətinin (British Antarctic Survey) ekspertiHemiş Priçardın da qatıldığı beynəlxalq alimlər qrupunun apardığı araşdırmalar Antarktidadakı 54 iri buzlaq massivinin minimum 20-sinin əriməsinin başlıca səbəbinin buzaltı cərəyanlar olduğunu müəyyənləşdirib.

Cərəyanların əksəriyyəti Qərbi Antarktidadadır. Həmin zonada şelf buzlaqlarını "qidalandıran" daxili buzlaqların ərimə sürəti xeyli artıb.

"Buzları əridən məhz isti sudur. Antarktidadakı "buz qalxanı"nı da buzaltı cərəyanlar, "sualtı dünya" əridir", - Priçard deyib.

Onun sözlərinə görə, qlobal miqyasda dünya okeanında və lokal hövzələrdə, göllərdə və çaylarda suyun səviyyəsinin artması davam edir: "Hətta bundan sonra yayda havanın temperaturu artmasa da, dağların zirvələrindəki qarlar və buzlaqların ərimə sürəti ləngisə belə, itkilərimiz böyük olacaq. Çünki dünya okeanında suyun səviyyəsi artır".

Priçard bildirib ki, Antarktidada küləklərin və cərəyanların hərəkət istiqamətinin dəyişməsinin səbəbi qlobal iqlim dəyişiklikləridir. Bu, "sualtı su cərəyan"larının gücü, intensivliyi və istiqamətinə də təsir edib.

Sadalanan amillər buzlaqların altında böyük miqdarda isti suyun yığışmasına səbəb olub.

Alimlər İCESat peyki vasitəsilə aparılmış 4,5 milyondan artıq ölçmələri hesablayıblar, kompüter modelləşdirilməsi ilə məşğul olublar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 661   Tarix: 30 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740