Möcüzə BUNA DEYİRLƏR: İki tramvay arasında qaldı, amma… - FOTO

Möcüzə BUNA DEYİRLƏR: İki tramvay arasında qaldı, amma… - FOTO

İstanbulda inanılmaz bir hadisə yaşanıb.

BiG.AZ “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, şəhərin Sultanqazi rayonunda iki tramvay relslərin üzərində təmizlik işləri görən İsmayıl Ünlü (44) adlı vətəndaşı vurub.

Hadisə ötən gün günorta saatlarında baş verib. Relslərin arasındakı boşluqda dayanan Ünlünü Topqapı-Məscid-i Salam istiqamətindən gələn tramvay vuraraq digər relslərin üzərinə atıb. Bu anda isə onu digər istiqamətdən gələn tramvay vurub.

Xoşbəxtlikdən sağ qalan Ünlünün həyatı üçün təhlükənin olmadığı, lakin bədənin müxtəlif hissələrində sınıqların olduğu bildirilir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 409 Tarix: 09.11.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol