Vida mərasimində Elçin Əfəndiyevlə Flora Kərimova arasında narazılıq - Video

Vida mərasimində Elçin Əfəndiyevlə Flora Kərimova arasında narazılıq - Video

Xalq yazıçısı Elçin Əfəndiyevlə xalq artisti Flora Kərimova arasında anlaşılmazlıq yaranıb.

“Qafqazinfo” xəbər verir ki, xalq artisti Amaliya Pənahovanın vida mərasiminə gec qatılan F. Kərimova yazıçının yanında əyləşib.

Bu zaman E. Əfəndiyev arxasını müğənniyə çevirib. Bu isə sənətkarın xoşuna gəlməyib və dramaturqa etirazını bildirib.

Yazar yanında əyləşən Hicran Hüseynovadan söz soruşduğu üçün belə addım atdığını bildirib. Flora Kərimova isə bununla razılaşmayıb, hörmətsizlik etdiyini qeyd edərək o da arxasını Əfəndiyeva çevirib.

Xalq yazıçısı isə sənətçinin yanında əyləşən digər xalq artisti, aktrisa Şəfiqə Məmmədovaya anlaşılmazlıq barədə danışıb: “Şəfiqə xanım, buna başa salın ki, mən elə insan deyiləm ki, arxamı çevirəm”.

F. Kərimova da “Özünüzü yaxşı aparın. Başa düşmədim, Şəfiqə xanıma niyə deyirsiz, sizə kömək lazımdı? Məni başa salmaq lazım deyil, mən sizi başa saldım” deyərək məsələyə nöqtə qoyub.



Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1666 Tarix: 09.11.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol