"Onun kimi gözəl olmaq ən böyük arzularımdan biri idi..." -

"Onun kimi gözəl olmaq ən böyük arzularımdan biri idi..." -

"Onun kimi rol oynamaq, onun kimi gözəl olmaq ən böyük arzularımdan biri idi".

Bu sözləri BiG.AZ-a açıqlamasında mərhum xalq artisti Amaliya Pənahovanın vida mərasimində iştirak edən əməkdar artist Kəmalə Müzəffər deyib. Aktrisa kədərini bu sözlərlə ifadə edib:

"Bu yol elə bir yoldur ki, tək Amalya Pənahova deyil, Kəmalə Müzəffər da keçəcək. Hər bir doğulan insan bu yoldan keçəcək. Təbii ki, bu, hər birimiz üçün ağır itkidir. Onun kimi rol oynamaq, onun kimi gözəl olmaq ən böyük arzularımdan biri idi. 1986-cı ildə qəbul imtahanı verən zaman mənə dedilər ki, bir mahnı oxu. Mən də onun "Unuda bilmirəm" tamaşasındakı mahnını oxudum. Mən o mahnını oxuyan zaman çalışdım ki, onun kimi oxuyum. Allah ona rəhmət eləsin. Məkanı cənnət olsun".

Aysel Yusifqızı

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2206 Tarix: 09.11.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol