Kimyaterapiyadan üzü şişdi, saçları töküldü, parik taxdı... - Amaliya Pənahovanın son rolu

Kimyaterapiyadan üzü şişdi, saçları töküldü, parik taxdı... - Amaliya Pənahovanın son rolu"Bakı balaca şəhərdir" deyirlər, amma bu balaca şəhərdə Amaliya Pənahova kimi nəhəng insanın Milli Onkologiya Mərkəzində müalicə almasını heç kim bilmədi.

BiG.AZ "report.az" -a istinad edərək ötən gün gün itirdiyimiz son canlı əfsanələrdən biri, Xalq artisti Amaliya Pənahova haqqında yazını təqdim edir.
Axır vaxtlar sosial şəbəkələr və saytlarda daha çox estetik əməliyyatlardan dəyişən görünüşü ilə müzakirə olunurdu. Amaliya Pənahova insanların yaddaşında gənc görünüşdə qalmaq üçün son 2 ildə bir neçə əməliyyat keçirmişdi. Estetik əməliyyatlarının hamısını uğurlu saymaq olmazdı.
Buna görə sosial şəbəkələrdə tənqidlər, mənfi rəylər, lağlağı, hətta təhqir yağışına da tutulurdu. Bu gün isə Xalq artistinin bir müddətdir, xərçəng xəstəliyindən müalicə aldığı, bunu ciddi-cəhdlə gizlətdiyi, elə bu xəstəliklə də dünyadan köçdüyü üzə çıxanda, son fotolarının gerçək siması adamı dəhşətə saldı.

Son fotolarda Amaliya Pənahova şişkin üzü, əlləri, bədəni ilə diqqət çəkir, tədbirlərə şinyon və pariklərlə qatılırdı. Lakin xəstəliyi barədə cəmiyyətdə məlumat olmadığından, onun bu addımları başqa cür yozulurdu. Halbuki indi şəkillərə diqqətlə baxanda parikin altında saç olmadığı aydın görünür.
"Bu yaşında bu nə parik, bu nə saçdır, bu qədər botoksmu olar, özünü nə günə qoyub" deyə gülüş hədəfinə çevrilən aktrisanın sən demə, əslində, saçları onkoloji müalicə məqsədilə aldığı kimyaterapiyalardan tökülübmüş və parikə möhtac qalıbmış, bütün yumşaq toxumaları şişibmiş, bənizi də həmin zəhrimara görə solubmuş. Lakin sağlığında heç kim buna fikir verməyib, heç kimin ağlına gəlməyib...

Demək, mərhum aktyor Fuad Poladovla eyni ildə, eyni xəstəlikdən itirdiyimiz Amaliya Pənahova ömrünün son aylarında da "rol oynadı". Xəstə olsa da sağlam, gündə bir estetik etdirib, cavanlaşmaq eşqinə düşən qadın rolunu ideal oynayaraq, tamaşaçılarını aldatmağı bacardı.
Onun diaqnozunun nə zaman qoyulduğu, neçə ay müalicə aldığı, hansı orqanında şiş tapıldığını, əməliyyat olub-olmadığını öyrənmək çətin olacaq. Çünki aktrisanın ailəsi bu barədə hələ də susur və bu, Amaliya Pənahovanın öz arzusu ilə sirr olaraq saxlanılır. Görünür, aktrisa xərçəngin ən ağır növü və gecikmiş forması ilə mübarizə aparıb.
"Bakı balaca şəhərdir" deyirlər, amma bu balaca şəhərdə Amaliya Pənahova kimi nəhəng insanın Milli Onkologiya Mərkəzində müalicə almasını heç kim bilmədi.

Bəs görəsən, hər tədbirdən sonra saytlarda yayılan şəkillərinə yazılan rəylərdən küsdümü, incidimi, ağladımı? Bəlkə də elə bu rəyləri görmək istəyirdi. Bəlkə də gülürdü. Estetik əməliyyat altında xərçəngi gizlədə bildiyi üçün özü ilə qürurlanırdı.

Bəs görəsən, hər şəklinin altında tənqid, təhqir döşəyən insanlar bu gün nə hisslər keçirir? Aldandıqlarının fərqinə vardılarmı, küyə getdiklərini anladılarmı, vicdanları sızladımı? Bundan sonra kim olursa-olsun görünüşünə görə lağ etməyə tövbə etdilərmi?


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1393   Tarix: 09 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dövlət Universitetində çılpaq əyləncə ölkəni ayağa qaldırdı -FOTO

Rusiyanın əsas universitetlərindən biri olan Moskva Dövlət Universitetində əvvəki tələbələr tərəfindən yeni qəbul olunan tələbələrə edilən hərəkət gündəm olub. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, universitetdə bəzi tələbələrin çılpaq qaçması ölkədə böyük reaksiya ilə qarşılanıb. Universite

04.09.2023 1804
.

"Zeynəb özü üçün gedir-gəlir" - Şəbnəm həmkarından NƏLƏR DANIŞDI?

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Qəhrəmanova "Maqazin plus" verilişində deyib. O, Türkan Vəlizadə və Zeynəb Həsəni ilə olan dostluqlarındakı soyuqluğun səbəbini də Zeynəbdə görüb. "Zeynəb də bizimlə bərabərdir. Amma Zeynəb özünə qapalı adamdır. Arada çıxıb gedən adamdır

27.11.2023 987
.

Ajda Pekkan: "Saçımı həftədə bir dəfə yuyuram"

Türkiyənin məşhur müğənnisi Ajda Pekkan: "Saçımı həftədə bir dəfə yuyuram"deyə açıqlama verib. xarici KİV-ə istinadən xəbər verir ki, O, tez-tez saçın yuyulmasını tükün diblərinə zərərli olduğunu qeyd edib. Ona görədə saçını həftədə bir dəfə yuduğunu və belə daha sağlam olduğunu açıqlayıb

11.09.2023 970
.

Nəvəsinin sözləri Kübra Əliyevanı ağlatdı

Əməkdar artist Kübra Əliyevanın bir neçə il əvvəl həbsxanada dünyasını dəyişən oğlu Raufun övladı Ağaəli canlı efirə çıxıb. Axşam.az xəbər verir ki, "Yaxşıya doğru" verilişinə gələn Ağaəli atasından danışıb. "Ata hər şeydir. O sənin arxanda dayağındır. Bir dərdin olanda gedib onunla dərdləş

11.09.2023 1366
.

"Əsrin toyu"ndakı bəy 25 il həbs oluna bilər - SƏBƏB

Noyabr ayında medianın əsrin toyu adlandırdığı toydakı bəy 25 il həbs oluna bilər. xarici mediaya istinadən xəbər verir ki, "Ussery Automotive Group" avtomobil şirkətinin baş direktoru Madlen Brokvey və Ceykob Laqronun qızlarının Parisdə dəbdəbəli toyu olmuşdu. Məlumata görə, toya 25 milyo

08.12.2023 545
.

XİN: "Azərbaycan dünyada tolerantlığın, dini, etnik qrupların birgəyaşayışının nümunəsidir"

Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi sayılır. "Report" xəbər verir ki, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) 18 İyun - Milli İnsan Hüquqları Günü münasibətilə bəyanatında yer alıb. Azərbayca

18.06.2023 366
.

DƏHŞƏTLİ QƏZA - 5 Milyon arı ətrafı bürüdü

Kanadada 5 milyon arı daşıyan yük maşını qəzaya düşüb. Nəticədə arılarla dolu yeşiklər ətrafa yayılıb. BİG.AZ xarici mediyaya istinadən xəbər verir ki, polis vəziyyəti nəzarət altına alıb. Arıçıların dəstəyi sayəsində arıların əksəriyyəti təhlükəsiz şəkildə toplanıb və yeşiklərə yerləşdirilib. Anca

01.09.2023 622
.

Qeyri-adi bir kəşfə imza atıldı! Göldə 540 milyard dollar dəyərində "ağ qızıl" ehtiyatı aşkar edildi

ABŞ-da dünyanın ən böyük gölünün dibində alimlər tərəfindən rekord miqdarda litium ehtiyatı aşkar edilib. xarici mənbəyə istinadən xəbər verir ki, Araşdırmalar nəticəsində gölün dibində rekord miqdarda, 18 milyon ton litium olduğu aşkar edilib. Əvvəlki araşdırmada alimlər bu rəqəmin 4 milyon ton olduğun

12.12.2023 488
.

Xaricdən dərman gətirməyə məhdudiyyət qoyulmamalıdır - Deputat

"Vətəndaşımız qiymət fərqinə görə və yaxud da dərmanın keyfiyyətinə şübhə ilə yanaşması səbəbi ilə xaricə gedib özü üçün dərman alıb gətirirsə, ona konkret say məhdudiyyəti qoymaq, hesab edirəm ki, doğru deyil". "Medicina" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasınd

04.07.2023 709