Ani Lorakın Bakı sevgisi...

Ani Lorakın Bakı sevgisi... "Artıq hiss edirəm ki, Azərbaycanın ev sahibliyi etdiyi Eurovision Mahnı Müsabiqəsində inanılmaz bir şou olacaq. Bura gələn bütün avropalılar gördüklərinə yaxşı mənada heyran olacaqlar". Bunu eurovision.az saytına eksklüziv müsahibəsində Ukraynanın xalq artisti, 2008-ci ildə Eurovision Mahnı Müsabiqəsinin ikincisi olan Ani Lorak deyib. Bakıdakı müsabiqə əhval-ruhiyyəsindən riqqətə gələn müğənni birbaşa səhnədən Bakıya sevgisini etiraf edib.

"Burada nə qədər pərəstişkarımın olduğumu gördüm. Təbii ki, öz sevgimi onlarla paylaşmaq istərdim. Bakıda növbəti dəfə solo konsertlə çıxış etmək arzusundayam. Əlbəttə, buna görə də yenidən Bakıya gələcəyəm", - deyə o vurğulayıb.

Bu yaxınlarda qız övladını dünyaya gətirən müğənni gələcək planlarından da söhbət açıb: "İlin sonunadək yeni musiqi albomumu təqdim etmək niyyətindəyəm. Qarşıda İqor Krutoyun dəvəti ilə Yurmalaya səfərim olacaq. İndi ora hazırlaşıram. Təbii ki, yeni klip, təzə mahnılar da gözləyin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2551   Tarix: 01 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş