Faiq Ağayevdən həbsxanaya qeyri-adi pay

Faiq Ağayevdən həbsxanaya qeyri-adi payXalq artisti Faiq Ağayev xeyirxah təşəbbüslə çıxış edib. Sənətçi bu günə kimi oxuduğu 600-a qədər kitabın bir hissəsini məhbuslara hədiyyə edib.Bu barədə xalq artisti bildirib ki, bununla əlaqədar "Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi" Qeyri Hökumət Təşkilatına müraciət edib. Təşkilat onun işinə dəstək verərək, bu təklifi Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəisi general-mayor Mədət Quliyevə bildirib. Xidmət rəisi xalq artistinin bu təklifini müsbət qarşılayıb.

Kitabları bu gün Pentensiar xidmətə təhvil verən Faiq Ağayev bütün həmkarlarına müraciət də edib: "Kitab qaldıqca yox, əldən ələ keçib oxunduqca xeyir gətirər. Buna görə də məmnuniyyətlə kitablarımı azadlıqdan məhrum olan insanlara hədiyyə gətirmişəm. Mən kimsəni məhbus olduğuna görə heç vaxt qınamaram. Həyat təcrübədir. Hamımızın səhvi olur. Elə insanlar da var ki, etdikləri ağır səhvlərdən dolayı cinayətə cəlb olunurlar. Bu, o demək deyil ki, o insanlar hər şeydən məhrum olmalıdırlar. Düşünürəm ki, onların düzgün həyata qayıtmalarına şərait yaratmaq üçün müəyyən köməklik göstərilməlidir. Mən ən azından oxuduğum kitabları onlara bəxş etməyimlə dünya görüşlərinin müəyyən dərəcə artmalarına, həyata baxışlarının müsbət yöndə dəyişmələrinə nail olmuş oluram. Bu təşəbbüsü davam etdirmək üçün hər kəsə, xüsusilə də, həmkarlarıma müraciət edirəm".

Nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov da öz növbələrində Faiq bəyin bu addımını dəstəkləyib, onun hədiyyə kitablarının məhbusların maariflənməsində müəyyən rol oynayacağını qeyd edərək, xalq artistinə təşəkkür ediblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4543   Tarix: 01 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti