Azərbaycan universitetlərində ən qəribə qadağalar

Azərbaycan universitetlərində ən qəribə qadağalarSon zamanlar Azərbaycan universitetləri verdikləri təhsildən çox, qəribə qadağaları ilə gündəmə gəlir.

BiG.AZ bildirir ki, "Banker.az" saytı ölkədəki ali təhsil müəssisələri tərəfindən tələbələrə qoyulan qadağaları onlardan öyrənib.

Bakı Slavyan Universitetində tələbələrə yırtıq şalvar geyinmək qadağası var.
Gəncə Dövlət Universitetində və Sumqayıt Dövlət Universitetində oğlan tələbələrə saqqal saxlamaq qadağandır. Tələbələr saqqalla universitetə gələ bilməzlər.

GDU-də tələbələrdən biri saqqalla imtahana gəldiyi üçün imtahanda iştirak etməsinə icazə verilməyib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) saqqal qadağası olmasa da, idman şalvarı, şort və "vetnamka" geyinmək olmaz.

Bakı Biznes Universitetində oğlanların saqqal saxlamasına, təhsil ocağında siqaret çəkməsinə və yırtıq şalvar geyinməsinə qadağa var.

Bakı Dövlət Universitetində siqaret çəkmək qadağandır. Tələbələr deyir ki¸ buna nə müəllimlər, nə də tələbələr əməl edir. BDU-da rektorun otağı olan koridordan tələbələr keçə bilməz.

"Odlar Yurdu" Universitetində tələbələr hündürdaban ayaqqabı geyinməməlidir. Səbəb odur ki, onlar bu ayaqqabı ilə auditoriyaların yanından keçəndə səslər dərs prosesini pozur.

Azərbaycan Diplomatik Akademiyasında (ADA) siqaret çəkmək üçün ayrıca guşə var. Tələbələr "Siqaret otağı"ndan kənarda siqaret çəkə bilməzlər. Qaydalara əməl etmədikdə onlar cəzalandırılır.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrin şortla dərsə gəlmək qadağası olsa da, artıq bu qadağa ləğv edilib. Universitet daxilində siqaret çəkilməsinə icazə verilmir.

Azərbaycan Milli Konservatoriyasında tələbələrə liftdən istifadə qadağandır.

İlahiyyat Universitetində yırtıq şalvar və qısa ətək geyinmə qadağası var.

Azərbaycan Memarlıq və İnşaat Universitetində liftlərdən birinin üzərinə "qızlar üçün" yazılmış lövhə var. Həmin liftə oğlanlar daxil ola bilməz. İki qızın on oğlanla bərabər əzilib, sıxılıb getməməsi üçün bir lift ayrılıb. Qızlar ümumi liftdən də istifadə edə bilərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1297   Tarix: 08 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həyat yoldaşı Samir Piriyevdən boşanır: "Səbəbkar özüdür"

Son günlər müğənni Samir Piriyevin ailəsində baş verənlər gündəmdən düşmür. Özünü onun sevgilisi kimi təqdim edən qadın evinə hücum edərək ifaçının xanımı Anaraya xəsarət yetirib. Anara Piriyeva məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, boşanmalarına səbəb həmin qadın deyil:. "Onu

23.07.2020 11000
.

Bahar Candanı görən kimi oteli tərk etdi

Müğənni Murad Boz Bodrumda qaldığı oteli tətili bitməmiş tərk edib. Axşam.az xəbər verir ki, buna səbəb dincəldiyi otelin idman zalında Bahar Candanı görməsi olub. Boz elə həmin gün də oteldən çıxıb. Qeyd edək ki, 3 il əvvəl sənətçi aktrisa Aslı Enverlə sevgili olduğu ərəfədə Eser Yenenlərin evində Canda

05.08.2020 2432
.

Bakıda kişi iki azyaşlı uşaqla küçədə dilənir: "İmkanım yoxdur, saxlaya bilmirəm" - VİDEO

Bakıda kişi iki azyaşlı uşaq ilə yol kənarında dillənir. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlar Nəsimi rayonu, Xutor qəsəbəsi kimi tanınan ərazidə, yanacaq doldurma məntəqəsi ilə üzbəüz yolda lentə alınıb. Uşaqlardan biri kişinin qucağında, digəri beton üzərinə uzadılıb. Görüntülərd

27.08.2020 1036
.

"PANDA BOYA" dan möhtəşəm hədiyyə – "iPhone 11" – Video

Ölkənin ən böyük rəng kataloquna malik "Panda Boya" məşhur ulduzlardan biri ilə müqavilə imzalayıb. Hələlik, adı açıqlanmayan ulduz "Panda Boya"nın yeni siması olacaq. Bu barədə şirkətin Marketinq direktoru Müşviq İskəndərov məlumat verib. M. İskəndərov bildirib ki, "Panda Boya"

25.09.2020 2518
.

Bu insanlara qrip əleyhinə peyvənd pulsuz vurulacaq SİYAHI

Səhiyyə Nazirliyi tərəfindən mövsümi qrip əleyhinə peyvəndlər alınıb. Həmin peyvəndlər dövlət hesabına əhaliyə vurulacaq. xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan "Gün Başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib. O bildirib ki

22.10.2020 1345
.

Daha bir məhşur cütlük BOŞANIR

Məşhur dicey Doğuş Çabakçor və Begüm Yücel cütlüyü boşanıb. axşam.az-a istinadən xəbər verir ki, ayrılığa səbəb xəyanət olub. Çabakçor sosial şəbəkədə eyni anda 20 qızla birdən yazışıb. Begüm təsadüfən ərinin yazışmalarını tapıb. Aldadıldığı öyrənən kimi Yücel ərini evdən qovub. Daha sonra boşanmaq üçü

21.09.2020 565
.

"Bir insanla hər şey dəyişir..." - Aysun - FOTO

Müğənni Aysun İsmayılova sosial mediadakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki. müğənni instaqram hesabında yeni fotosunu paylaşıb. O. fotoya: "Hər şey dəyişir.bəzən zamanla, bəzən də bir insanla" sözlərini yazıb. Sözügedən fotonu təqdim edirik:

06.08.2020 3548
.

Deren Talu və Serenay Sarıkaya arasında QALMAQAL - "O sənin ögey anandır"

Gündəmdən düşməyən Serenay Sarıkaya və Cem Yılmaz cütlüyü ilə bağlı yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, bu dəfə yeni bir iddia Cem Yılmazın keçmiş sevgilisi Defne Samyelinin qızı Deren Talu tərəfindən irəli sürülüb. Bir şampun brendinin çəkilişinə dəvət edilən Deren Talu həmin təklif

26.08.2020 5459
.

"Qızlar açıq geyimdə İnstaqrama şəkil qoyurlar, onun atası hara baxır?"

"12-13 il ərzində, sənətdə olduğum ərəfədə belə video çəkməmişəm. Ürəyim doludur. Maşınla evə qayıdanda polis bizi saxladı, tanışım idi. 8 Martda video paylaşmışdım ki, qədrinizi bilin, kişilərə aldanmayın. Polis soruşur ki, niyə belə demisən? Soruşuram ki, ola bilməz ki, kiməsə yalan vəd verməmisən

15.08.2020 1681