Müğənni Günay İbrahimlinin bacısı ermənilərə əsir düşməkdən son anda xilas edilib - FOTOLAR

Müğənni Günay İbrahimlinin bacısı ermənilərə əsir düşməkdən son anda xilas edilib - FOTOLAR
Günay İbrahimli "Xəzər" telekanalının efirində uşaqlıqdan bu günə kimi yaşadıqlarını kamera önündə etiraf edib.

İşğal altında olan torpaqlarımızdan ailəsi ilə məcburi köçkün düşən sevilən müğənni bu zamana kimi çoxlarının bilmədiyi məqamlardan söz açıb.

Günay Qarabağdakı odun-alovun içindən necə çıxdıqları barədə danışıb:

"Yaş yarım, 2 yaşım olardı. Ermənilər bizim yaşadığımız əraziyə hücum etdilər. Torpaqlarımızı işğal etdilər. Məcburi köçkün olaraq biz öncə Sumqayıta yerləşdik, sonra Bakıda məskunlaşdıq.

Valideyinlərimin danışdığı qədəriylə bilirəm ki, çox əziyyətli günlər olub. Ermənilər mina, bomba atırdılar. Evləri dağıdırdılar".

Günayın anası hadisələrin şahidi kimi qızının fikirlərinə "Müharibə vaxtı idi. Biz rayonun yaxın kəndlərindən birində qalırdıq. Günay yaş yarımlıq olardı, balaca qızım da 2 aylıq idi. Ermənilər qəfil bombaladılar. Evdə də heç kəs yox idi. Anam, özüm və bir də balaca bacım idik. Biz hamımız karıxdıq, qaçdıq. Günaydan yapışdıq bərk, Günay qaçmaq istəyirdi. Kiçik qızım qalmışdı beşikdə" sözlərini əlavə edib.

Günay bacısı barədə anasının tükürpədən etirafını "Mən valideynlərimi qınamıram. Kim olsa, özünü itirər o an. O mənzərəni gözümün qabağına gətirdikcə adamı vahimə basır ki, bu uşaq necə sağ qala bilər orada - ermənlərin içində, evin içində tək. Çox şükür ki, evdən çox uzaqlaşmamış valideyinlərim bacımı götürdülər" fikirləri ilə tamamlayıb.

mənbə: milli.az
Müğənni Günay İbrahimlinin bacısı ermənilərə əsir düşməkdən son anda xilas edilib - FOTOLAR
Müğənni Günay İbrahimlinin bacısı ermənilərə əsir düşməkdən son anda xilas edilib - FOTOLAR


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2117 Tarix: 05.11.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər